UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Şəhər və rayonlar
Xızı rayonu
Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur. Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri - ecazkar formalı Bebarmaq qayası yerləşir. Qədim karavn yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın «Beşbarmaq» adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında «Xıdırzində» («Ölməz Xıdır») ziyarətgahı yerləşir. Azərbaycanın ən səfalı guşələrindən biri olan Altıağac da Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər «ağac» sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir. Rayonda tarixi abidələr çoxdur. Onlardan biri neçəsini qeyd edək. VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi, Bu qüllənin divarları salamat qalmışdır. Qüllə rayon mərkəzindən 9 km aralıdır. Rayon mərkəzlərindən 8 km aralıda yerləşən V əsrə aid itmiş şəhərin qalıqları. Rayon mərkəzindən 5 km aralıda yerləşən Əlişrin kəndindəki Şeyx Heydər türbəsi. V əsrə aid Xızı qalasının uçuq hasarın daşlı qalıqları. Bu yerlərə yalnız torpaq yolla getmək olar. Yol boyu heç bir işarə obyekti yoxdur. Xələnc kəndindəki XV əsrə aid pir - ziyarətgah. Bu abidə yaxşı qalmışdır. Ziyarətgaha asfalt yol çəkilmişdir. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. Azərbaycanın görkəmli yazıçısı və dramaturqu Cəfər Cabbarlı Xızıda doğulub boya başa çatmışdır. Milli kino sənətinin inkişafında və milli kadrların yetişdirilməsində Cəfər Cabbarlının çox böyük xidmətləri olmuşdur. «Azərbyacanfilm» kinostudiyası onun adını daşıyır. Harada qalmaq olar «Cənnət bağı» istirahət zonası Tel. (50) 221 30 49. Böyük Qafqaz dağlarının şərq ətəyində, Ataçayın sahilində, Altıağac qoruğu ilə qonşuluqda yerləşən istirahət mərkəzində hr cür şəraiti olan mehmanxana kompoeksində, kotteclərdə yüksək xidmət göstərilir. Restoran korpusunda Azərbaycan və Avropa mətbəxlərinin yeməkləri verilir. «Qızıl Qazma» istirahət zonası rayon mərkəzindən 8 km məsafədə yerləşir. Meşə örtüyü ilə əhatə olunmuş, təbiətin füsünkar qoynunda inşa olunan istirahət zonası turistlərə xidmət göstərir. Harada nahar etmək olar Yol üstündəki müxtəlif kafelərdə, kababxanalarda Siz nahar edə bilərsiz.