Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Şəhər və rayonlar
Şabran şəhəri
Şabran rayonu Bakıdan şimalda yerləşir. Rayonun ərazisi şərq tərəfdən Xəzər dənizinin sahillərinə qovuşur. Relyefi çox müxtlifdir. Dəniz sahillərindən başlanan düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Meşələrin sahəsi 21500 hektardır. Bu meşələrin heyvanat aləmində canavar, ayı, tülkü, çaqqal, qaban və ceyran, quşlardan isə turac və kəlik daha geniş yayılmışdır. Liman gölü bu rayonun ərazisindədir. Nohurlar kəndindən bir qədər aralıda isə bir-birindən gözəl 7 dağ gölü yerləşir. Bir qədər arxaik ada malik olan Şabran şəhəri adsız bir təpənin ətəyində, yaşıllıqlar qoynunda yerləşir. Qədim dövrlərdə buranın sakinləri dəvə saxlayır, onları alıb satırdılar. Şabran öz yarmarkaları ilə çox məşhur olmuşdur. Başqa şəhərlərin və kəndlərin sakinləri al-ver etmək üçün oraya gedərdilər. Yarmarkalarda qaramal, quş, bal, yağ, pendir, xalça, ipək, yun, tənəkə məmulatları və başqa mallar alıb-satardılar. Keçmişdə dəvə karvanları burada düşərgə salır, taqətdən düşmüş, zəifləmiş dəvələri satır, yola davametmək üçün əlavə ilxıçılar tutardılar. El arasında «Keçi qayası» adlanan və gözəl mənzərəsi olan yer turistlər arasında çox məşhurdur. Burada sıx meşə və sıldırım qayalar arasından axan çay və müalicəvi əhəmiyyətə malik olan kükürdü su bulaqları var. Xəzər dənizinin sahillərindən 12 km aralıda yerləşən ovçuluq təsərrüfatının sahəsi 1180 hektara bərabədir. Onun ərazisində bir-birilə əlaqəli 3 göl yerləşir. Göllərdə müxtəlif çay və dəniz balıqları yaşayır, bu da onunla bağlıdır ki, həmin göllərin dənizə çıxışı var. Payızda və qışda qazlar, ördəklər, qu quşları, qaşqaldaqlar və digər növ quşlar köçüb bu göllərə gəlirlər. Göllərin yaxınlığında müxtəlif yerlərdə bir neçə ovçu koması yerləşir. Gözəl mənzərəli bu göllərdə müxtəlif qayıqla gəzintiyə çıxmaq üçün hər cür şərait yaradılmışdır. Rayonda tarixi-arxeoloci abidələr sayılan qədim şəhər yerləri var. Padar kəndindəki «Gülüstani - İrəm» və Şahnəzərli kəndindəki Şabran şəhər yerləri daha çox məşhurdur. Əsası V əsrdə qoyulmuş Şabran şəhər yeri dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilmişdir. Rayon mərkəzi Şabran şəhərində diyrşünaslıq muzeyi var. Qalaaltı kurortu Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan Qalaaltı suyu çıxan bulağın ətrafında «Çıraqqala» uroloci sanatoriyası tikilmişdir. Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər qədim Çıraqqala qalasının xarabalıqları yerləşən dağın zirvəsinə dırmaşırlar. Həmin zirvədən ətraf kəndlərə və vadilərə açılan mənzərə adamı valeh edir. Rayonda ənənəvi xalq sənəti olan xalçalığın ənənələrini qoruyub saxlayırlar. «Pirəbədil», «Qollu Çiçi», «Heyratı» tipli yerli xalçalar geniş şöhrət qazanmışdır. Harada qalmaq olar «Qalaaltı» pansionatı, mehmanxana və qonaq evi fəaliyyt göstərir. Harada nahar etmək olar Mətbəxi ləziz Azərbaycan yeməkləri ilə bol olan «Karvan» restoranlar şəbəkəsinin avtomobil