UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Şəhər və rayonlar
Quba şəhəri
Quba rayonun ərazisi böyük Qafqazın şimal-şərq yamaclarından başlayaraq, Samur - Dəvəçi ovalığına qədər uzanır. Rayonda şəfalı guşələr çoxdur: Balbulaq, Qızbənbvşə, Qəçrəş dərinliyi 400-600 metrə çatan Təngəaltı yarğanı, Afurca çayının yaxınlığında hündürlüyü 75-80 metrə çatan əzəmətli şəlalə və s. Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Bu şəlalənin suyu göz oxşayan təbii lövhələr yaratmışdır. Belə təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub Minarə forması almış fiqurdur. Rayon ərazisində iki süni göl var. Zəngin floraya və faunaya malik olan bu rayonda heyvan və balıq ovu üçün yaxşı imkanlar var. Ölkənin kənd təsərrüfatı mərkəzlərindən biri olan Quba rayonu özünün məşhur alma bağları ilə tanınmışdır. Baharda, alma ağacları çiçəkləyəndə bu çiçəklərin ətiri hər tərəfə yayılır. Qubanı bəzəyən «alma bağı» adlandırırlar. Quba rayonu Azərbaycana gələn turistlərin ən çox xoşladığı bölgələrdən biridir. Afurca kəndi və onun məşhur şəlaləsi isə illər boyu bakılıların sevimli istirahət yeri olmuşdur. Bu rayona səyahətə çıxan turistlər hökmən Təngəaltı yarğanına tamaşa edir, sonra isə bulanıq sulu Vəlvəliçaydan keçərək Kunxırt şəlaləsində baxmaqdan zövq alır, daha sonra ötən əsrin 40-cı və 50-ci illərdən rayon mərkəzi olmuş Qonaqkəndə, təkrarolunmaz gözəlliyilə taınan Noğurdüzü, Yerfi kəndlərinə üz tuturlar. Yol get-gedə üzü yuxarı qalxır. Tədricən ətrafa təbiət də dəyişir. Meşələr get-gedə seyrəlir, yüksəklik dəniz səviyyəsindən 1000 metri aşdıqda isə ağaclar kollarla əvəz olunur. Bir qədər də yuxarıda, Xaçınçay sahillərində kükürdlü su bulaqları yerləşir. Buradakı dar yarğandan çıxan qaynar sular müalicəvi əhəmiyətə malikdir. Burada qaylarda çapılmış 3 vannadan ibarət olan sanatoriyaya bənzər bir tikilini kimin inşa etdiyi indi heç kəsin yadına gəlmir. Hər birinin ölçüsü 2x3 m olan bu vannaların dövrəsinə daş divar çəkilmiş, üstü isə ağac gövdələrindən düzəldilmiş talvarla örtülmüşdür. Bu daş vannalar müalicə proseduraları qəbul etmək üçün o qədər münasibdir ki, hətta şəhər sivilizizasiyasını görüb bir qədər şıltaqlaşmış turistlər də orada vaxtlarını məmnuniyyətlə kesirirlər. Yarıqaranlıq, qayadan çıxan ilıq su Sizi sanki sərməst edəcək. Ümumilikdə, Quba rayonuda 70-yaxın təbiət abidəsi mövcuddur. Bunlardan «Gəlin qayası», «Qızıl qaya», «Gülcahan daşı», «Xatadərə», «Cəfər dərəsi», «Nənə-huy» dərəsi, «Xan bulağı», «Daş gəlinlər», «Ağacda ev», «Atəşgah», «Xaltan suyu», «Xaşi isti suyu», «Sona bulağı», «Qırxbulağ», «Xan çinar», «Yol gözətçisi», Pirit çökəkliyi, Palıd meşəsi, Qızılağac meşəsi və s. kimi təbiət möcüzələrini göstərmək olar. Çayların məcaralarında kol tikanı, sumaq və başqa kol bitkiləri bitir. Bu yarğanda yaşayan ağbaş qartallar isə Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir. Ötən əsrin 60-cı illərində Utuq kəndinin ətrafında tapılmış pul sikkələri XII-XIII əsrlərdə zərb edilmişdir. Bu pullar Şirvanşahların hakimiyyətdə olduğu dövrə aiddir. Utuqda XIX bir neçə bina, o cümlədən, özünəməxsus arxitekturaya və bəzəyə malik olan məscid və bir neçə yaşayış evi qorunub saxlanmışdır. Xınalıq kəndində atəşpərəstlər məbədi (IX əsr), Ağbil kəndindəki səkkizguşəli məqbərə (XVI əsr), yerli əhali arasında müqəddəs sayılan Pirbənövşə ziyarətgahı yəqin ki, turistləri çox maraqlandıracaqdır. Rayonun inzibati mərkəzi - Quba şəhəri böyük Qafqaz silsiləsinə aid Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçay sahilində yerləşir. Hazırda Qubada universitet və xalçaçılıq mərkəzi fəaliyyət göstərir. Yerli sakinləri Sizi inandıracaqlar ki, Qubada toxunan «Çiçi», «Ağgül» və «Pirəbədil» xalçaları Azərbaycandan ən yaxşı xalçalardır. 1712-ci ildə toxunmuş «Qollu Çiçi» xalçası hazırda Nyu - Yorkdakı «Metropolitan» muzeyində saxlanılır. Quba şəhrinin tarixi Qudyal kəndindən başlanır. XVIII əsrin ortalarından Quba xanlığı yaradıldı, xanlığın mərkəzi isə Xudat oldu. Bu müddətdən sonra Quba xanı Hüseynəli xan öz iqamətgahını Qubaya köçürdü və şəhərin ətrafında qala divarları ucaltdı. Bu şəhər xanlığın paytaxtına çevrildi. Quba xanlığının ən məşhur hökmdarı olmuş Fətəli xan Azərbaycanın pərakəndə xanlıqları əsasında vahid dövlət yartmağa cəhd göstərirdi. Lakin XIX əsrin əvvəllərində Azərbaycanın digər xanlıqları kimi, Quba xanlığı da Rusiya tərəfindən işğal edildi və Rusiya İmperiyasının tərkibinə daxil edildi. Məşhur fransız yazıçısı Aleksandr Düma, rus şərqşünası Berezin, tanınmış rus yazıçısı Bestucev-Marlinski, norveçli məşhur alim və səyyah Tur Heyerdal Qubada olmuşlar. Şəhərin ətrafında çoxlu tarixi abidələr qorunub saxlanmışdır: Cümə məscidi, XVI əsrdə tikilmiş məqbərə, Səkinəxanım məscidi, iki qədim hamam və s. Şəhərdə tarix muzeyi, eləcə də XIX əsrdə yaşamış maarifçi, yazıçı və ictimai xadim A. Bakıxanovun ev-muzeyi var. Quba şəhərninin yaxınlığındakı kəndlərin birində dağ yəhudilərinin ən iri icması vardır. XVIII əsrin ortalarında Fətəli xanın dövründə Quba xanlığı surətlə inkişaf edirdi. Bu xanlıq Dərbənddən başlamış Lənkərana qədər bütün şimal-şərq Azərbaycanı öz təsirinə tabe etmişdir. Məhz həmin dövrdə Quba xanları bu xanlığının paytaxtının yaxınlığında yəhudilər torpaq ayırmış və onların təhlükəsizliyinə zəmanət vermişdir. Qudyalçayın hər iki sahilində yerləşmiş Quba şəhərinin müsəlmanlar yaşayan hissəsi çayın daha yüksək sağ sahilində, yəhudilər isə çayın sol sahilində məskurlaşmışdır. Oktyabr inqilabına qədər Yəhudi qəsəbəsi adlanan bu hissə 1926-cı ildən Qırmızı Qəsəbə adlanır. Rayonun ərazisində uca dağlar qoynunda yerləşən Xınalıq kəndi unikal xüsusiyyətlərə malikdir. Bu kənd rayon mərkəzindən 65 km məsafədə, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. 380 evdən ibarət olan Xınalıqda 3000 sakin yaşayır. Kəndin əhalisi ayrıca bir etnoqrafik qrup təşkil edir. Onların öz dilləri var, dünyanın heç bir yerində onlardan başqa heç bir kəs bu dildə danışmır. Xınalıqlar öz dilləri kimi, qədim adət-ənənələrini də qoruyub saxlayırlar. Xınalıq Quba rayonun parlaq simasını formalaşdıran ən maraqlı komponentlərdən biridir. Harada qalmaq olar Quba şəhərində «Şahdağ» mehmanxanasını Tel. 5 29 27, Quruçay sahilində «Uzun meşə» istirahət zonası (50) 363 00 85, «Cənnət bağı» Tel. 5 14 15, (50) 200 19 86 (1 nəfər üçün 250.000 manat) fəaliyyət göstərir. Bundan əlavə Qəçrəş istirahət zonasında yerləşən «Naxçıvan», «Səməd», «Cənnət» istirahət guşələrində 4 - 6 nəfərlik (qiyməti 1 nəfər üçün 10.000 - 50.000 manat) evlər vakr. Rayon ərazisində istirahət guşələrinə yaxın kəndlərdə bir adama sutkada 5.000 - 20.000 manatla fərdi yaşayış kirayələmək mümükündür. Harada nahar etmək olar «Çinar», «Aynur» restoranları qonaqlara yüksək xidmət göstərir.