Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Şəhər və rayonlar
Yevlax şəhəri
Yevlax rayonu Kür çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Yevlax şəhəridir. Xankəndinə, Mingəçevirə, Şəkiyə, Balakənə və Gəncəyə gedən yollar Yevlax da kəsir. Yevlax - Balakən dəmiryolu buradan başlanır. Bu yolun əlamətdar cəhəti ondan ibarətdir ki, o, Azərbaycanın ən gözəl yerlərindən keçir. XII əsrə aid tarixi sənədlərdə Yevlax obrazlı şəkildə Qarabağın qapısı adlandırmışlar. Azərbaycanda məşhur yaylaqlara (alp çəmənliklərinə - yay örüş yerlərinə), Kəlbəcərə, Laçına və daha sonra Batabata gedən yollar bu «qapıdan» keçirdi. Harada qalmaq olar Şəhər mehmanxanası, eləcə də yerli əhalinin icarəyə verdiyi münasib şəraitli və rahat evlərdə qalmaq mümkündür. Harada nahar etmək olar «Fərman», «Karvan» Tel. 6 16 06 restoranları, «Mehman» kafesi yüksək xidməti göstərir. Qonaqların sifarişilə burada dadlı balıq yeməkləri hazırlayırlar.