Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Şəhər və rayonlar
Füzuli şəhəri
Qarasu və Araz çaylarının qovuşduğu yerin yaxınlığında, viran olmuş Qarabağ şəhərinin xarabalıqları həndəvərində Quruçayın sağ sahilində Qarabulaq adlı bir məskən yarandı. 1956-cı ildən həmin yaşayış məntəqəsi şəhər statusu aldı və Azərbaycanın dahi şairi və mütəfəkkiri, Azərbaycan bədii nəsrinin banisi Fizulinin adını daşımağa başladı. bUrada Qarğabazar kəndində karvansara (1684-cü il), Hacı Qiyasəddin məscidi (1682-ci il) yerləşir. Diyardakı abidələr arasında üç türbə xüsusilə seçilir: Əhmədlilər, Babilər və Mirəli türbələri. Aşağı Veysəlli kəndindəki Mirəli türbəsi Baylakandan (Beyləqandan) Bərdəyə gedən köhnə yolun yaxınlığındadır. Məşhur Azıx və Tağlar mağaraları Füzuli rayonunun ərazisindədir. Həmin mağaralarda ibtidai insanların məskənləri aşkar edilmişdir. Göndələnçayın sıldırım sahilində Qaraköpəktəpə yaxınlığında da qədim insan məskəni olmuşdur. Burada daşdan düzəldilmiş əmək alətləri, silahlar, bəzək əşyaları, çoxsaylı keramik və metal məmulatlar tapılmış, qədim tikililərin qalıqları aşkar edilmişdir.