UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Şəhər və rayonlar
Sədərək şəhəri
Sədərək rayonu Naxçıvan Muxtar Respublikasının ən şimal-qərb hissəsində yerləşir. Bu rayonun ərazisi Türkiyə və Ermənistanla, müvafiq surətdə 11 km və 24 km uzunluğunda sərhədlə ayrılır. Şimalda və şərqdə dağlıq relyef, Araz çayı boyunca ovalıq relyef müşahidə olunur. İqlimi quru kontinental iqlimdir. Sədərəkdə yay çox isti, qış isə soyuq keçir. Rayon ərazisi boyunca Araz çayı axır. 1980-ci ildə Sədərəkdə müalicəvi əhəmiyyətə malik olan, tərkibinə görə «istisu» və «Celeznovodsk» sularına yaxın hesab edilən mineral su mənbələri aşkar edilmişdir. Rayonun inzibati mərkəzi Heydərabad yaşayış məntəqəsidir. Taxılçılıq, heyvandarlıq, üzümçülük və şərabçılıq bu rayonun iqtisadiyyatının əsasını iəşkil edir. Sədərək ərazisində aparılmış arxeoloci qazıntılar nəticəsində rayonun cənubunda bizim eradan əvvəl IV - III minilliklərlə aid olan qədim insan məskənləri aşkar edilmişdir. Rayonun şimalında, Araz çayının sol sahilində isə orta əsrlərdə mövcud olmuş böyük bu insan məskəninin qalıqları tapılmışdır. Rayon ərazisində bir sıra tarixi abidələr, o cümlədən, Sədərək qalasının qalıqları, orta əsrlərə aid 3 məscid, müdafiə qurğularının xarabaları, karvansara, ağoğlan piri, XIX - XX əsrlərə aid hamam binası hələ də qalır. Harada qalmaq olar Siz yerli sakinlərin evlərində qala bilərsiniz. Ev sahibləri Sizdən ötrü zəruri rahatlığı və asayişi təmin edəcəklər. Sizin arzunuzla ləzzətli səhər yeməyi, nahar və şam yeməyi hazırlaya bilərlər.