Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Şəhər və rayonlar
Naxçıvan şəhəri
Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri Azəraycanın ən qədim şəhərlərindən biridir. O, Naxçıvanın sağ sahilində, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Şərqin ən qədim şəhərlərindən biri olan Naxçıvan əsrlər boyu dəfələrlə dağılmış, lakin hər dəfə yenidən qurulmuşdur. XII-XIII əsrlərdə Naxçıvan Eldəgizlər dövlətinin paytaxtı olmuşdur. XIX əsrin ortalarından başlayaraq Azərbaycan Rusiyanın tərkibinə daxil olana qədər Naxçıvan şəhəri Naxçıvan xanlığının paytaxtı olmuşdur. 1924-cü ilin fevral ayında isə o, Naxçıvan Muxtar Respublikasının paytaxtına çevrildi. Naxçıvanda universitet və Azərbaycan Milli Elmələr Akademiyasının filialı fəaliyyət göstərir. Burada mədəniyyət sarayı, dram teatrı, kukla teatrı, ədəbiyyat, tarixi və xalça muzeyləri, rəsm qalereyası vardır. 2002-ci ildə Naxçıvanda müasir tələblərə cavab verən Olimpiya kompleksi tikilmişdir. Azərbaycan görkəmli yazıçı və dramaturqu, Stalin repressiyalarının qurbanı olmuş Hüseyn Cavidin ev-muzeyi bu şəhərdə yerləşir. Naxçıvan - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin vətənidir. Bu şəhərdə onun bümtü qoyulmuşdur. Şəhərdə çoxlu tarixi abidələr qorunub saxlanmışdır: İmamzadə memarlıq kompleksi (XII-XIII əsrlər); Yerizdabad qülləsi; XIX əsrdə tikimiş Cümə məscidi; «Xan evi»; (XIX əsr); «İsmayıl xan hamamı» (XVIII əsr); «Cin hamamı» (XIII əsr); «Zəviyyə» məscidi (XIX); «Pirqəmiş» məscidi (XVII əsr) və s. İrandan və Türkiyədən iş adamları tez-tez bu şəhərə gəlirlər. Hər iki ölkənin Naxçıvanda konsulluğu fəaliyyət göstərir. Harada olmaq olar «Qrand Naxçıvan» Tel. 4 59 30, «Təbriz» Tel. 5 67 47, «Ukrayna» Tel. 5 53 83, «Araz» Tel. (50) 317 72 07, «Tehran» Tel. 5 12 69, «Qartal» Tel. 5 09 91, «Şahin» Tel. 5 68 54, «Xəyal» Tel. 4 09 00, «Nəxşi Cahan» Tel. 4 14 41, «Gənclik» Tel. 4 62 15 mehmanxanaları. Harada nahar etmək olar «Nəxşi Cahan» Tel. 4 14 41, «Xəyal» Tel. 4 09 00, «Ukrayna» Tel. 5 53 83, «Azəri» Tel.5 69 10, «Qarabağ», «Qala», «Gülüstan» restoranlarında, «İstanbul», «Gənclik» kafelərində Tel. 4 32 15 xüsusi zövqlə hazırlanan ləziz xörəklərdən həzz almaq mümkündür.