Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

İohan Sebastyan Bax

XVIII  əsrin birinci yarısının ən görkəmli bəstəkarlarından biri İohan Sebastyan Baxdır. Bax və onunla bir dövrdə yaşamış Qeorq Fridrix Hendel XVII əsrin musiqi  nailiyyətlərini  tamamlayaraq, XVIII əsrə xas olan musiqi dilinə yiyələnir.

Bax bir sıra milli musiqi məktəblərinin nailiyyətlərini, məsələn, fransız klavesin sənətini, italyan skripka musiqisini, italyan operasını, xor sənətini, Freskobaldinin orqan musiqisini, həmçinin öz dövrünün musiqi janrlarını böyük diqqətlə öyrənmişdir. Həm qabaqcıl musiqi axınlarının əksi, həm janr zənginliyi baxımında Baxın yaradıcılığı həqiqətən ümumdünya miqyasında tamamlanmış bədii qüvvəyə malikdir.

Baxın yaradıcılığı əsas etibarilə lirik-fəlsəfi sahəni əhatə edir. Xor, orkestr, solistlər Baxın əsərlərində bir vəhdət təşkil edir.  Bax həmçinin dahi messalar (Messa h-moll), pasionlar, kantatalar (“Feb və Panın mübahisəsi”), klavir (Y.T.K. I və II cild, 48 prelyudiya və fuqs), orqan (tokkato və orqan üçün fuqa d-moll) və skripka üçün yazılmış əsərlərin müəllifidir.  


Əsərin adı

"Gloria" 

Messa h-moll

İfa edir: Bavariya Simfonik Orkestri və xoru, dirijor: Oyqen Yoxum

1 MB

Tokkata və Fuqa d-moll 

İfa edir: Saymon Preston (orqan)

1 MB