Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Borodin Aleksandr

Borodin XIX əsr rus musiqi mədəniyyətinin ən parlaq və özünəməxsus sənətkarlarından biridir. O eyni zamanda həm böyük bəstəkar, həm də görkəmli kimyaçı alim və ictimai xadim olmuşdur. Xalq gücünün rəmzi olan, qüdrətli bahadırları təsvir edən rus eposu Barodin musiqisinin əsas mövzusuna çevrilir. Bəstəkar rus eposunun dərin səmimiliyini, gücünü və əzəmətini göstərə bilmişdir . Məşhur rus bəstəkarı İppalitor İvanor yazırdı ki “ Borodinin ölümü ilə Rus eposunun gücü, bəlkə də ən güclü pəhlivanı aramızdan getdi”.

 Borodinin musiqisi həcmcə böyük olmasa da müxtəlif janrları əhatə edir. O “Knyaz İqor”, operasının , 3 simfoniyanın ”Orta Asiyada” simfonik lövhəsinin, fortepiano və simli alətlər üçün kvintet və kvartet, 18 romans  “Bahadırlar” operettaları musiqi tarixinə Borodin qəhrəmani epik simfoniyanın banisi kimi daxil olmuşdur.

1869-cu ildə Stasov XII əsrin yadigarı məşhur İqor polku haqqında dastan adlı qədim rus ədəbi əsərin sujetinə opera yazmağı Boradinə təkli etdi. O da razılaşıb librettonu və operanı yazdı . Qeyd edək ki, Knyaz İqor operası qəhrəmanlıq mövzusunda yazılmış epik operadır. Əzəmətli musiqi lövhələrində Borodin vətənpərvərlik ideyasının parlaq təcəssümünü vermişdir. Operanın musiqisində qarşı-qarşıya duran 2 aləmdən Rusiya və Şərqdən bəhs edən bəstəkar bir tərəfdən rus mahnı intonasiyalarından, digər tərəfdən isə Şərq vokal melodiyalarından istifadə etmişdir. Nəzərinizə çatdıraq ki, operada xalq əsas iştirakşılardan biridir .Opera proloqdan və 4 pərdədən ibarətir.

Bildiyimiz kimi, simfonik musiqi bəstəkarın yaradıcılığında xüsusi yer tutur. O, 3 simfoniya (1i tamamlamamış) və “Orta Asiya”simfonik lövhəsinin müəllifidir. Bəstəkarın 2-ci Bahadır simfoniyası yaradıcılığının zirvəsini təşkil edir.  Simfoniya 1869-cu ildə yazılmağa başlasa da , 1876-cı ildə tamamlanmışdır. Bu rus musiqisində qəhrəmani epik simfonizmin ilk nümunəsidir. Stasovla söhbət əsnasında Borodin demişdir ki : “Simfoniyada qədim rus bahadırlarınının və onların gücünü kəşf edən xalq müğənnisi və dastançısı Bayan obrazını əks etdirmək istəmişdir”. O, xalqın qüdrətini ifadə edən əzəmətli vətənpərvərlik poemasıdır. Simfoniya 4 hissədən ibarətdir. I hissə - Rus Bahadırlarının toplantısını təsvir edir. II hissə - Sürətli skertsodur, Bahadır oyunlarını təsvir edir. III hissə - Andante . Boyanın təmkinli danışığını əks etdirir. IV hissə- Final, nəhəng ümümxalq şənliyini təsvir edir.

Bəstəkarın vokal yaradıcılığı:

Borodin vokal yaradıcılığında bir tərəfdən xalq qəhrəmalıq nağıl eposunu digər tərəfdən şeir və nəğmə lirikasına meyl göstərir.  Bəstəkar öz əsərlərində Puşkin ,A.Tolstoyun rus eposunu tərənüm edən  “Yatmış knyaz qızı”, “Dəniz çarının qızı”, “Qaranlıq meşənin nəğməsi” mahnıları aiddir. Lirik romanslardan  “Yalnış not”, “Mahnılarımız şəhərlə dolurudr”, “Mənim göz yaşlarımdan”, “Uzaq vətənin sahilləri üçün” və s. Bundan başqa Darqomıjskinin ənənələrinə əsaslanaraq “Lovğalıq” və “Adamların evindəsən” yumoristik romanslarını da bəstələmişdir.