Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Cuzeppe Tartini

 

Cuzeppe Tartini italyan bəstəkarı olmaqla yanaşı, XVIII əsrin ən böyük  virtuoz skripkaçı hesab edilir.

İtalyan əsilli bəstəkar Tartini, Venesiya Respublikasında (indiki Sloveniyada) İstria yarımadasında yerləşən Pirano şəhərində anadan olmuşdur.  Atası, Piranoda duz dəyirmanında xidmət edən Florensiya əsilli Giovanni Antonio Tartini, anası isə Piranonun ən qədim sloven aristokrat ailələrindən olan Katerina Zagrando idi.

Ailəsi Tartini üçün  kilsə kariyerasını seçməyi məsləhət gördü lakin , o 1709-cu ildə Padova Universitetinin hüquq şöbəsinə daxil olmağı daha üstün bildi.

 

 

 

1710-cu ildə Kardinal Kornaronun qardaşı qızını qaçırdı və onunla evləndi. Bu hadisədən sonra Roma polisi onu təqib etməyə başladı. Bir neçə il monastrda saxta bir ad altında yaşadı və ömrünün bir neçə ilini Praqada keçirdi.

Bəstəkarın çox sayda əsərləri mövcuddur. Bunların arasında çoxlu sayda üçlü sonatalar, təxminən 125 konsert, skripka və klavesin üçün 175 sonata mövcuddur.

İtalyan əsilli bəstəkar Tartininin ən məşhur əsərləri arasında “Şeytanın sonatası” yer alır (“Şeytanın hiyləsi”). Qeyd edək ki, “Şeytanın hiyləsi” ni bəstəkar  yatarkən ilk dəfə yuxuda şeytanın ifasında görmüş və qələmə almışdır.

Qeyd edək ki, "Şeytanın hiyləsi" əsəri təkcə obrazlı, semantik və emosional məzmunu ilə deyil, həm də xarakterik melodik, harmonik və ritmik dili ilə bəstəkarın yaradıcılığının ümumiləşmiş kredosu  hesab edilə bilər.


Əsərin adı

 

24.1 KB