UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Antonio Vivaldi

Antonio Lucio Vivaldi

Antonio Lucio Vivaldi - italyan bəstəkarı, virtuoz skripkaçı, müəllim, dirijor kimi dünya musiqi tarixinə daxil olmuşdur.

A.Vivaldi XVIII əsrin İtalyan skripka sənətinin ən böyük nümayəndələrindən biri hesab edilir. Avropada tanınan bəstəkar 4 Mart 1678-ci ildə Venesiyada (İtaliya) anadan olmuşdur. 28 İyul 1741- ci ildə vəfat etmişdir. Bir neçə ixtisasa yiyələnən bəstəkar  skripka, klavesin, nəfəsli orqanda ifa etməyi bacarmış və müəllim, keşiş olaraq fəaliyyət göstərmişdir.

517 konsertin müəllifi olan Vivaldi, o cümlədən:

Simli orkestr üçün 44 konsert;

49 konsert qrossi;

Simli orkestrin müşayiəti ilə bir alət üçün 352 konsert (skripka üçün 253, violonçel üçün 26, viola üçün 6, u fleyta üçün 3, hoboy üçün 12, faqot üçün 38, mandolin üçün 1);

Bir simli orkestr və ya basso contino ilə müşayiət olunan 2 alət üçün 38 konsert (skripka üçün 25, violonçel üçün 2, skripka və violonçel üçün 3, valtorna üçün 2, mandolin üçün 1);

Bir simli orkestr və ya basso contino ilə müşayiət olunan 3 və ya daha çox alət üçün 32 konsert.

Qeyd edək ki, müxtəlif alətlər üçün 100-dən çox sonatanın müəllifidir; kantatalar, serenadalar, simfoniyalar, Stabat Mater və  kilsə üçün bir neçə əsərlərin müəllifidir.
Bəstəkarın ən məşhur əsərlərdən biri, 8-ci opusdan ilk 4 konsertdir.  "İlin dörd fəsli" adlı əsəri proqramlı simfonik musiqinin ilkin nümunəsidir desək yaılmarıq. Qeyd edək ki, Vivaldi alətlərin inkişafına mühüm töhfə vermişdir .Belə ki, o hoboylardan, valtornaların, faqotların və digər alətlərin müstəqil olmasını təmin etdi. Bu alətlər Vivaldi yaradıcılığında artıq müşayiət edən alət kimi deyil, əsas alət olaraq özünü təqsidlədi.


 

160 KB

 

11.9 KB