Antonio Lucio Vivaldi - italyan bəstəkarı, virtuoz skripkaçı, müəllim, dirijor kimi dünya musiqi tarixinə daxil olmuşdur.
A.Vivaldi XVIII əsrin İtalyan skripka sənətinin ən böyük nümayəndələrindən biri hesab edilir. Avropada tanınan bəstəkar 4 Mart 1678-ci ildə Venesiyada anadan olmuşdur. Bir neçə ixtisasa yiyələnən bəstəkar skripka, klavesin və digər orqanda ifa etməyi bacarmış, müəllim və keşiş olaraq fəaliyyət göstərmişdir.
517 konsertin müəllifi olan Vivaldi, o cümlədən:
Simli orkestr üçün 44 konsert;
49 konsert qrossi;
Simli orkestrin müşayiəti ilə bir alət üçün 352 konsert (skripka üçün 253, violonçel üçün 26, viola üçün 6, u fleyta üçün 3, hoboy üçün 12, faqot üçün 38, mandolin üçün 1);
Bir simli orkestr və ya basso contino ilə müşayiət olunan 2 alət üçün 38 konsert (skripka üçün 25, violonçel üçün 2, skripka və violonçel üçün 3, valtorna üçün 2, mandolin üçün 1);
Bir simli orkestr və ya basso contino ilə müşayiət olunan 3 və ya daha çox alət üçün 32 konsert.
Qeyd edək ki, bəstəkar müxtəlif alətlər üçün 100-dən çox sonatanın müəllifidir; kantatalar, serenadalar, simfoniyalar, Stabat Mater və kilsə üçün bir neçə əsərlərin müəllifidir.
Bəstəkarın ən məşhur əsərlərdən biri, 8-ci opusdan ilk 4 konsertdir. "İlin dörd fəsli" adlı əsəri proqramlı simfonik musiqinin ilkin nümunəsidir desək yaılmarıq.Bildiyimiz kimi, Vivaldi alətlərin inkişafına özünün mühüm töhfələrini vermişdir .Belə ki, o hoboyların, valtornaların, faqotların və digər alətlərin müstəqil olmasını təmin etdi. Bu alətlər Vivaldi yaradıcılığında artıq müşayiət edən alət kimi deyil, əsas alət olaraq özünü təqsidlədi.
Bəstəkar 28 iyul 1741- ci ildə vəfat etmişdir.