UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Bağırov Zakir

Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1961).

Bağırov Zakir Cavad oğlu 16 mart 1916-cı ildə Şuşada anadan olmuşdur. 1949-cu ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1970-ci ildən isə musiqi nəzəriyyəsi kafedrasının müdiri işləmişdir.Zakir Bağırov Moskva Aviasiya İnstitutunda  təhsil alan ilk azərbaycanlı gənclərdən biri olub. Lakin, idman zamanı ayağının sınması ona karyerasını pilot kimi davam etdirməyə mane olur. Moskvadan Bakıya qayıtdıqdan sonra səhhəti ilə bağlı uzun müddətli müalicələrdən sonra yenidən təhsilini davam etdirmək qərarına gəlir. Azərbaycan Dövlət Universitetinə qəbul olur.1953-cü ildə bu ali məktəbi əla qiymətlərlə bitirib və Fəlsəfə kafedrasında saxlanılıb. Pedaqoji fəaliyyətlə yanaşı, elmə olan marağı onu o vaxtkı SSRİ EA-nın Fəlsəfə İnstitutunun aspiranturasına aparıb. Nəhayət, Zakir Bağırov təhsilini başa vurub yenidən Azərbaycana qayıdıb. Azərbaycan Elmlər Akademiyasında fəlsəfə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Professor Gülrux Əlibəyli Zakir Bağırov haqqında yazıb:

"Xoşbəxtlikdən cəmiyyətimizdə elə parlayan şəxsiyyətlər mövcuddur ki, onların qəlbində həmişə inkişafa can atmaq istəyi alovlanır... Zakir Bağırov belə nadir şəxsiyyətlərdən idi. Təbiət ona ağıl, intellekt, mənəvi saflıq, yüksəklərə, əlçatmazlığa can atmaq bacarığı bəxş etmişdir"

Zakir Bağırov göstərdiyi fəaliyyətlər nəticəsində 42 yaşında Azərbaycanın mədəniyyət naziri vəzifəsinə layiq görülür. Məşhur bəstəkar Tofiq Quliyev onun haqqında bildirirdi:

18 il ərzində respublikamızın Mədəniyyət Nazirliyinə, cəmiyyətimizin həyat fəaliyyətinin ən çətin sahəsinə rəhbərlik etdi. Gözəl təşkilatçılıq qabiliyyəti, qeyri-adi insanlığı, dərin erudisiyası, böyük səmimiyyəti, incə ziyalılığı və başqalarından fərqlənən mənəvi keyfiyyətləri ilə yaradıcı insanlar arasında olduğu kimi, dövlət və partiya dairələrində də böyük hörmət və nüfuz qazandı.

Bir çox teatr tamaşasına və kinofilmə musiqi yazmışdır. "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. Bəstəkar "Aygün"(1972), "Qoca Xattabıç" operalarının, "Kəndimizin mahnısı" (1958), "Qaynana" (1974) operettalarının, xalq çalğı alərləti orkestri üçün süitaların, fortepiano və orkestr üçün Konsertin, orqan üçün improvizasiya və fuqanın, "Çahargah" muğamı əsasında arfada solo üçün əsərin, kamera-instrumental əsərlərin. mahnı və romnsların müəllifidir. Zakir Bağırov 1996-cı ildə vəfat etmişdir.

 


 

318.8 KB