Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Bağırov Zakir

Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1961).

Bağırov Zakir Cavad oğlu 16 mart 1916-cı ildə Şuşada anadan olmuşdur. 1949-cu ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1970-ci ildən isə musiqi nəzəriyyəsi kafedrasının müdiri işləmişdir.

Bir çox teatr tamaşasına və kinofilmə musiqi yazmışdır. "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. Bəstəkar "Aygün"(1972), "Qoca Xattabıç" operalarının, "Kəndimizin mahnısı" (1958), "Qaynana" (1974) operettalarının, xalq çalğı alərləti orkestri üçün süitaların, fortepiano və orkestr üçün Konsertin, orqan üçün improvizasiya və fuqanın, "Çahargah" muğamı əsasında arfada solo üçün əsərin, kamera-instrumental əsərlərin. mahnı və romnsların müəllifidir. Zakir Bağırov 1996-cı ildə vəfat etmişdir.


"Könlüm sənindir" 

İfa edir: İlqar Muradov

3.4 MB

"Niyə susdun gözəl oğlan" 

İfa edir: Şövkət Ələkbərova

2.2 MB