Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Skryabin Aleksandr

Aleksandr Nikolayeviç Skryabin 

Dahi rus bəstəkarı və pianoçusu olmuşdur. Onun yaradıcılığı Raxmaninovdan fərqli olaraq daha mürəkkəbdir. Belə ki, erkən dövrlərdə o klassik ənənələrə riayət edir. Lakin sonra onun yaradıcılığında müxtəlif cərəyanların (impressionizm, ekspressionizm, simvolizm) təsiri də hiss olnur.

Qeyd etmək lazımdır ki, Skryabin yaradıcılığı çox şaxəlidir. Bəstəkarın yaradıcılığının əsasını  fortepiano və simfonik musiqi təşkil edir. Fortepiano musiqisi iki hissəyə bölünür:

  1. Kiçik formalar (etüd ,prelüd)
  2. İri formalar (10 sonata, “Faciəli satanik”, “Alovadoğru”, “Maska” və s. Poemaları aiddir)

Skryabin özünəməxsus bəstəkarlıq üslübü yarada bilmişdir. Onun bir qədər əsəbi texnikası lirik və eyni zamanda işıqlı obrazlarla əks olunur. Qeyd edək ki, bəstəkarın musiqisinin maraqlı və harmonik dili mövcuddur. Xarakterik cəhəti isə zilləşmiş D9- akkordudur.

“24 prelüd” silsiləsi Skryabin yaradıcılığının ensiklopediyası hesab edilir. O , burada müxtəlif xarakterli miniatürlərdən istiofadə etmişdir. Ən məşhrları isə “ D dur ”, “cis moll ”, “es moll”, “Des dur” və s. Etüdlərdən ən məşhur drammatik xarakterli “ Dis dur” etüdüdür.

Bəstəkarın simfonik əsərlərindən əsasən 3 simfoniya və 2 poamanı eyd etmək lazımdır ( “Ekstaz” poeması, “Prometey” poeması).Birinci simfoniya altı hissədən ibarətdir.Lirik və təbiət obrazlarının təsviridir.  İkinci simfoniya daha drammatik və qəhrəmanidir.  Ən məşhuru isə üçüncü “c moll” (“İlahi “ poema simfoniyasıdır). Əsər 1907-ci ildı yazılmışdır və bir –birinin ardınca səslənən 3 hissədən ibarətdir.

1ci hissə - mübarizə, 2ci hissə- həzzlər, 3cü hissə- ilahi oyun adlanır. Bu haqda dahi musiqişünas Stasov yazmışdır:

“Belə simfoniyanı hələ heç km yazmamışdır”

Skryabinin “ Prometey” poeması isə özünəməxsus akkordları ilə fərqlənir . Bəstəkar xalis kvartalarla qurulan 6 tondan ibarət “Prometey akkordu” icad etmişdir


Əsərin adı

 

5.4 KB

 

17.6 KB