Pyotr İliç Çaykovskinin musiqisi nəzərə çarpacaq qədər rus xalq musiqi elementləri, zəngin harmoniyası və oynaq melodiyaları ilə seçilir. Bəstələdiyi əsərlərdə rus xalq musiqisi ənələri ilə yanaşı qərb musiqi elementlərindən böyük ustalıqla istifadə etmişdir.
Avtobiqrafı Entoni Holdenə görə Çaykovskidən öncə Rusiya musiqisində xalq melodiyaları və kilsə-kapella musiqisi istisna olmaqla milli musiqi ənənəsi yox dərəcəsində idi. 1913-cü ildə, ölümündən iyirmi il sonra İqor Stravinski "Bahar mərasimi"i ilə rus musiqisini XX əsrin dünya musiqi səhnəsinə daşıyır. XIX əsrin ortalarından öncəki rus musiqi sənəti ilə XX əsrdə dünya musiqi arenalarını fəth edən rus musiqisi arasında Çaykovski yeganə körpü rolunu oynamışdır.
Çaykovski dünya auditoriyasının qəlbini fəth etmiş ilk rus bəstəkarı kimi də Rus musiqi tarixinə düşmüşdür. Ondan öncə Mixayil Qlinka yalnız bir dəfə Parisdə konsert verə bilmişdir. Sonralar Çaykovskinin Peterburq konservatoriyasında müəllimi olacaq Anton Rubenşteyn də dünya musiqi səhnələrinin daimi "vətəndaşına" çevrilə bilən digər rus musiqiçisi olsa da, o bu nailliyətləri bəstəkar kimi deyil, yalnız virtuoz pianoçu kimi əldə edə bilmişdir.
Qeyd edək ki, Moskva Konservatoriyasına Çaykovskinin adı verilmişdir.
Əsərin adı