UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Çaykovski Pyotr İliç

     Pyotr İliç Çaykovski musiqisi nəzərə çarpacaq rus xalq musiqisi elementləri zəngin harmoniyası və oynaq melodiyaları ilə seçilir. Bəstələdiyi əsərlərdə rus xalq musiqisi ənələri ilə yanaşı qərb musiqi elementlərindən böyük ustalıqla istifadə etmişdir.

     Avtobiqrafı Entoni Holdenə görə Çaykovskidən öncə Rusiya musiqisində xalq melodiyaları və kilsə-kapella musiqisi istisna olmaqla milli musiqi ənənəsi yox dərəcəsində idi. 1913-cü ildə, ölümündən iyirmi il sonra İqor Stravinski "Bahar mərasimi"i ilə rus musiqisini XX əsrin dünya musiqi səhnəsinə daşıyır. XIX əsrin ortalarından öncəki rus musiqi sənəti ilə XX əsrdə dünya musiqi arenalarını fəth edən rus musiqisi arasında Çaykovski yeganə körpü rolunu oynamışdır.

     Çaykovski dünya auditoriyasının qəlbini fəth etmiş ilk rus bəstəkarı kimi də Rusiya musiqi tarixinə düşmüşdür. Ondan öncə Mixayil Qlinka yalnız bir dəfə Parisdə konsert verə bilmişdir. Sonralar Çaykovskinin St. Peterburq konservatoriyasında müəllimi olacaq Anton Rubenşteyn də dünya musiqi səhnələrinin daimi "vətəndaşına" çevrilə bilən digər rus musiqiçisi olsa da, o bu nailliyətləri bəstəkar kimi deyil, yalnız virtuos pianoçu kimi əldə edə bilmişdir.Moskva Konservatoriyasına Çaykovskinin adı verilmişdir.

Operaları

  • Voyevoda (1868)
  • Su pərisi (Undina) (1869)
  • Opriçnik (1872)
  • Dəmirçi Vakula (1874)
  • Yevgeni Onegin (1878)
  • Orleanlı qız (1879)
  • Mazepa (1883)
  • Çəkmələr (1885)
  • Cadugər (1887)
  • Qaratoxmaq qadın (1890)
  • İolanta (1891)

Baletləri

  • Qu gölü (1876)
  • Yatmış gözəl (1889)
  • Şelkunçik(1892)

Simfonik əsərləri

  • "Tufan" uverturası (1864)
  • Simfoniya No.1 "Qış xəyyaları" (1866)
  • "Tale" simfonik fantaziyası (1868)
  • Simfoniya No.2 (1872)
  • Fortepiano üçün (konsertlə birgə) Konsert No.1 (1875)
  • Simfoniya No.3 (1875)
  • "Françeska de Rimini" simfonik fantaziyası (1876)
  • Rokoko müvzusunda variyasiya (konsertlə birgə violonçel üçün) (1878)
  • Konsertlə birgə Skripka üçün konsert (1878)
  • Simfoniya No.4 (1878)
  • "1812-ci il" təntənəli üvertura (1880)
  • "Romeo və Culiyetta" üvertura-fantaziyası (1869, 1870, 1880)
  • Orkestrla birgə fortepiano üçün Konsert No.2 (1880)
  • "Manfred" simfoniyası (1885)
  • "Pezo kapriçiosu" (1887)
  • Simfoniya No.5 (1880)
  • Orkestrla birgə fortepiano üçün Konsert No.3 (1893)
  • Simfoniya No.6 (1893

Fortepiano üçün əsərləri

  • "Fəsillər" Op.37b, 12 xarakterik musiqi lövhələri (1876)
  • Uşaq albomu Op.39, 24 yüngül pyeslər (1878)
  • 18 pyes, Op.72 (1892)

Orkestr üçün bəzi əsərləri

  • Slavyan marşı (1876)
  • Könüllülər donanmasının marşı (1878)

 

20.2 KB