Maykapar Samuel Moiseyeviç
Samuel Moiseyeviç Maykapar 18 dekabr 1867-ci ildə anadan olub. Musiqi tarixinə Rus,Sovet pianoçu və bəstəkarı kimi daxil olmuşdur. Qeyd edək ki, Petroqrad Konservatoriyasının müəllimi və çox istedadlı bir musiqiçi olan Maykapar, uşaqlar və gənclər üçün bir sıra fortepiano əsərlərinin müəllifidir. Xüsusilə, onun «Бирюльки» fortepiano miniatürləri, romansları və «Музыкальный слух» böyük populyarlıq qazandı (Moskva, 1900).
Doğulduqdan qısa müddət sonra Samuel Maykaparın ailəsi Xersondan Taqanroqa köçür və burada Taqanroq gimnaziyasına daxil oldu. 6 yaşından musiqi ilə məşğul olmağa başlayır(G. Malldan dərslər). 1885-ci ildə Peterburqa köçən bəstəkar konservatoriyaya daxil oldu.Habelə Nikolay Solovyovun kompozisiya sinfində də dərslər almışdır. Qeyd edilməlidir ki, eyni zamanda Maykapar Sankt-Peterburq Universitetinin Hüquq fakültəsində də təhsil almışdır (1891-ci ildə bitirib)
Konservatoriyanın sonunda 1893-cü ildən 1898-ci ilə qədər piyanist kimi dərslər alaraq daha da püxtələşmiş , Berlin, Leypsiq, Sankt-Peterburq, Moskva və digər şəhərlərdə konsert verdi. 1898-1901-ci illərdə konsertlərdə çıxış edən bəstəkar 1901-ci ildə Tverdə musiqi məktəbinin əsasını qoyan və Moskvada yaşayan bəstəkar 1903-1910-cu illərdə konsert fəaliyyəti ilə məşğul olur. Bəstəkar Almaniyada sistematik olaraq konsertlər verirdi.
S. I. Taneyevin rəhbərlik etdiyi Moskva elmi və musiqi dairəsinin işində fəal iştirak edən bəstəkar həmçinin, ilk dəfə 1927-ci ildə Betxovenin 12 sonatasından ibarət konsert tamaşasının təşəbbüskarı olmuşdur.
Əsərin adı