Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Maykapar Samuel

Maykapar Samuel  Moiseyeviç 

      Samuel  Moiseyeviç Maykapar 18 dekabr 1867-ci ildə anadan olub. Musiqi tarixinə Rus,Sovet pianoçu və bəstəkarı kimi daxil olmuşdur. Qeyd edək ki, Petroqrad Konservatoriyasının müəllimi və çox istedadlı bir musiqiçi olan  Maykapar, uşaqlar və gənclər üçün bir sıra fortepiano əsərlərinin müəllifidir. Xüsusilə, onun «Бирюльки» fortepiano miniatürləri, romansları və «Музыкальный слух» böyük populyarlıq qazandı (Moskva, 1900).

        Doğulduqdan qısa müddət sonra Samuel Maykaparın ailəsi Xersondan Taqanroqa köçür və  burada Taqanroq gimnaziyasına daxil oldu. 6 yaşından musiqi ilə məşğul olmağa başlayır(G. Malldan dərslər). 1885-ci ildə Peterburqa köçən bəstəkar konservatoriyaya daxil oldu.Habelə Nikolay Solovyovun kompozisiya sinfində də dərslər almışdır. Qeyd edilməlidir ki, eyni zamanda Maykapar Sankt-Peterburq Universitetinin Hüquq fakültəsində də təhsil almışdır (1891-ci ildə bitirib)

Konservatoriyanın sonunda 1893-cü ildən 1898-ci ilə qədər piyanist kimi dərslər alaraq daha da püxtələşmiş , Berlin, Leypsiq, Sankt-Peterburq, Moskva və digər şəhərlərdə konsert verdi. 1898-1901-ci illərdə konsertlərdə çıxış edən bəstəkar 1901-ci ildə Tverdə musiqi məktəbinin əsasını qoyan və Moskvada yaşayan bəstəkar 1903-1910-cu illərdə konsert fəaliyyəti ilə məşğul olur. Bəstəkar Almaniyada sistematik olaraq konsertlər verirdi.

 S. I. Taneyevin rəhbərlik etdiyi Moskva elmi və musiqi dairəsinin işində fəal iştirak edən bəstəkar həmçinin, ilk dəfə 1927-ci ildə Betxovenin 12 sonatasından ibarət konsert tamaşasının təşəbbüskarı olmuşdur.


Əsərin adı

 

80.8 KB