Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Antonio Caldara

Antonio Caldara

Italyan əsilli Antonio Caldara 1670-ci ildə anadan olmuşdur. Bəstəkar 28 dekabr 1736, Venesiya (İtalyada) vəfat etmişdir.

A.Caldara skripkaçı ailəsində anadan olub və ilk müəllimi də məhz onun atası olmuşdur. Daha sonra Giovanni Legrentsidə, Müqəddəs Mark kilsəsinin xorunda oxumağa başladı.A.Caldara həmçinin, kilsədə violonçel ifa edirdi. 

1699-cu ildə Mantuya köçdü, Fransızlar İtaliyadan qovulduqdan sonra isə Caldara 1707-ci ildə Romadakı Şahzadə Ruspolinin kapelmeyster olaraq Mantuanı tərk etdi. Sonra Barselona, ​​Bolonya və Romada çalışdı, burada Alessandro Scarlatti, Arcangelo Corelli, G.F. Handel ilə görüşləri də oldu.

Tezliklə bəstəkarın şöhrəti ilk dəfə 1709-cu ildə ziyarət etdiyi Vyanaya qədər çatdı.1716-cı ildən ömrünün sonuna qədər Antonio Caldara Vyanada yaşayır və işləyir, həmçinin, I. Y. Fuchs'ın nəzdindəki kilsənin vitse- kapelmeysteri təyin edildi . A.Caldara qeyd edək ki, həmçinin, müəllimliklə də məşğul idi. Bəstəkarın tələbələri arasında – Kiçik Qeorq  Reytter də var.

Qeyd edək ki, Antonio Caldara musiqi tarixinin ən inkişaf etmiş bəstəkarlarından biridir, Onun 3500-ə yaxın əsərin sahibdir. Bəstəkarın 69 operası mövcuddur. Kilsə üçün bir çox əsərlər yazan bəstəkar motetlər, messalar, trio sonatalar, çoxsaylı oratoriyalar və kantataların müəllifidir."Rəbbimiz İsa Məsihin ehtirası" (La Passione di Gesu Cristo Signor Nostro, 1730) ən məşhurdur.


Əsərin adı

 

14.1 KB