Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Darqomıjski Aleksandr

Aleksandr Sergeyeviç Darqomıjski görkımli rus bəstəkarı rus klassik musiqisinin banisi Qlinkanın kiçik müasirri olmuşdur. O , Qlinkanın ənənələrinə əsaslanaraq "Reçitativ deklomasiya" üslubunu yaratmışdır.

"İstıyirəm səs oldğu kimi sözü ifadə etsin. Həyatın həqiqətini isəyirəm" 

Bu sözlər bəstəkarın yaradıcılıq kredosuna çevrilir. Yəni, bəstəkar musiqidən adi danışıq intonasyasını əks etdirməyə çalışmışdır.Darqomıjskinin bu ənənəsini dahi rus bəstəkar Musoqrski davam etdirmişdir. O , Darqomıjskini "Həqiətin dahi müəllimi"adlandırırdı.Darqomjsknin yaradıcılığı çoxşaxəlidir. O , rus opera incəsənətində iki yeni cərəyanın yaradıcısıdır desək, heç də yanılmarıq:  Məişət lirika psixoloji ("Su pərisi") və  reçitaiv deklomasiiya ("Daş qonaq")

XIX əsrin rus musiqi mədəniyyətində əvəzolunmaz rolu olan A.Sergeyeviç Darqomıjski 2 fevral 1813-cü ildə Tula quberniyasının Troistkoye kəndində anadan olmuşdur. Qlinka sənətindən bəhrələnmiş bəstəkar öz əsərlərində dahi sələfinin yaratdığı klassik ənənələri davam etdirmiş, onun başladığı milli məktəbin yaradılması işini başa çatdırmışdır. Demək olar ki, Darqomıjski öz sənətində ilk addımları Qlinkanın zəngin əsərlərindən ilhamlanaraq atmışdır.

Darqomıjskinin dünyagörüşü, estetik zövqü XIX əsrin 30-40-cı illərində formalaşmışdı. Bu, rus mədəniyyətinin inkişafında böyük,müsbət dəyişikliklər baş verən bir dövr idi. Darqomıjskinin hələ ilk əsərlərində dövrün mütərəqqi ideyaları, demokratik əhvali-ruhiyyələri öz əksini tapırdı. Darqomıjskinin yaradıcılığına Lermontov, Nekrasov, Qoqol, xüsusən Puşkin kimi görkəmli şair və yazıçıların təsiri olduqca böyük olmuşdur. Darqomıjski yeni realist xarakterli musiqi dili tapmış (reçitativ-deklamasiyalı üslub), psixoloji məişət dramı – “Su pərisi” kimi yeni opera növü yaratmışdır.

O, kamera-vokal musiqisinin yeni janrlarını yaratmış (lirik-dramatik monoloq, komik-satirik və parodik mahnılar), köhnə janrlara yenilik gətirmişdir. Bununla yanaşı - “Esmeralda”, “Mazepa”, “Vakxın təntənəsi”, “Roqdana”, “Daş qonaq” operaları, orkestr üçün əsərləri - “Baba-Yaqa”, “Kazaçok”, “Bolero” və bir sıra vokal əsərlərin müəllifidir.

 


Əsərin adı

     

    143.7 KB