UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Yusifova Adilə

 Adilə Niyazi qızı Yusifova - Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq namizədi alimlik dərəcəsini almış professor

  • 1956-cı il iyul ayının 30-da Bakı şəhərində anadan olmuşdur.
  • 1975-1980-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində, professor C.Hacıyevin sinfində təhsil almış, təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
  • 1992-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1997-ci ildə dissertasiya işini müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır.

Pedaqoji fəaliyyəti

1975-1999-cu illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda konsertmeystr, nəzəriyyə fənnlərindən dərs demişdir. 1991-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim, 2006-cı ildən dosent, 2012-ci ildən professor vəzifəsində çalışır.

Əsərləri

Adilə Yusifova fortepiano ilə orkestr üçün konsert (1980), fleyta və fortepiano üçün üç miniatür (1981), qoboy və fortepiano üçün “Triptix” (1981), Azərbaycan xalq rəqs işləmələri (1981), kamera orkestri üçün beş konsert pyesi (1984), “Milli naxışlar” (1993), İ.Tapdıq və B.Vahabzadənin sözlərinə uşaq xoru, kvartet və fortepiano üçün “Bahar nağılı”-7 hissəli kantata (1993), fleyta və fortepiano üçün “Unudulmuş duyğu” pyesi (1994), simli kvartet, səs, klarnet və fortepiano üçün “Biz eyni səma altındayıq” (1997), tar və fortepiano üçün “Alov” fantaziyası (2003), R.Mirzəyevanın sözlərinə “Qadın obrazlarının siluetləri” süitası (2003), (2007), truba, violin və fortepiano üçün “Reqtaym ruhunda” (2007), soprano, tenor və fortepiano üçün “Nənə çin sandığında” süitası (2009), fortepiano üçün “İthaf” (Cövdət Hacıyevə həsr olunub (2012), R.Mirzəyevanın sözlərinə səs, simli kvartet, qoboy, balaban və fortepiano üçün “Xəyallarımdakı şəhər” fantaziyası (2014) və s. əsərlərini yazmışdır. Bundan əlavə bəstəkar N.Kərimovla birlikdə rus dilində “Azərbaycanda peşəkar təhsilin salnaməsi (1985-1995-ci illər)”, musiqi təhsil ocaqlarının tələbələri üçün “Azərbaycan xalq melodiyalarının işləməsi və aranjimanı”, “Azərbaycan bəstəkarlarının işləmələri” adlı kitablar, Azərbaycan və rus dillərində “Soltan Hacıbəyov.Azərbaycan xalq melodiyalarının işləməsi” adlı dərs vəsaitini və rus dilində “Cövdət Hacıyev. Həyat salnaməsi. Məqalələr. Mülahizələr” adlı kitabını yazmışdır.


 

261.1 KB

 

141.2 KB