Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Klod Debüssi

Fransız bəstəkarlıq məktəbinin nümayəndəsi Klod Aşil  Debüssi musiqi tarixinə bəstəkar, musiqi tənqidçisi kimi daxil olmuşdur. Bəstəkarın yaradıcılığı ümumiyyətlə incəsənətdə yaranmış impressionizm (təəssürat) cərəyanı ilə bağlıdır.

Klod Debüssi avqustun 22-si 1862-ci ildə Parisdə anadan olmuşdur. 1872-ci ildə 10 yaşlı Debüssi Paris Konservatoriyasına daxil olur. İlk əsərlərindən simfonik oda “Zuleyma” (Heynenin şeirləri əsasında), 2 hissəli xor və orkestr üçün “Bahar” süitası, sonralar isə “Rodriqo və Ximena”, “Pelias və Melizanda”, “Məhəbbətin cinayəti” operaları, “Kamma”, “Oyunlar”, “Oyuncaqlarla dolu taxta” baletləri, Simfoniya (1880-1881), “Triumf Vakxa” süitası (1882), 3 noktyürn (“Oblaka”, “Praznedstva”, “Sirenı”), arfa və simlilər üçün 2 rəqs, Prelüdiyalar (1891-1894), fortepiano triosu, simli kvartet, violonçel və fortepiano üçün Sonata (1915), skripka və fortepiano üçün Sonata (1916-1917), Qaraçı rəqsləri. Mazurka, “Berqamasskaya süita”, “Romantik vals”, “Obrazlar”, “Estampı” süitası, “Ağ və qara” 3 pyesləri aiddir.


12 Prelüdlər (dəftər 1) 

№ 5 “Anakaprinin təpələri”

İfa edir: Svyatoslav Rixter

2.8 MB

12 Prelüdlər (dəftər 1) 

№ 12 “Menestrellər”

İfa edir: Qenrix Neyqauz

4.6 MB