UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Adıgözәlov Vasif

Adıgözәlov Vasif Zülfüqar oğlu Azərbaycan musiqi tarixinə bəstəkar, pedaqoq, musiqi xadimi və professor kimi daxil olmuşdur.

1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb.1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur.

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İtrtifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildəAzərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir. 23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" 21 mart 1989-cu ildə "Azərbaycan SSR xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 1989-cu ildən professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır

Vasif Adıgözəlov 1995-ci ildə "Şöhrət ordeni" və 27 iyuı 2005-ci ildə isə "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir. Bəstəkarın əsərlədindən:

  • 2 opera: "Ölülər"(opera), "Natəvan" (opera)
  • 5 musiqili komediya: "Hacı Qara" (operetta) (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq -evlənərik", "Lənət şeytana"
  • 4 oratoriya: "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı"
  • 3 kantata: "Novruzum", "Təntənəli"
  • 4 simfoniya
  • 6 instrumental konsert
  • kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların adlarını qeyd edə bilərik

 

 


Əsərin adı

 

11.4 KB