UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Dadaşov Dadaş

Dadaşov Dadaş Hacibala Oğlu 1935-ci il avqustun 30-da anadan olub.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1966), Dosent (1994),

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2005),

Azərbaycan Respublikasının Xalq artisti (2008), Professor (2008).

Əsərləri: “İthaf” qanun və piano üçün Poema (2002), “Röya” səs və piano üçün romans (söz. – L.Akan. 2002), Violin və piano üçün “Elegiya və Skerso” (2003), “Mevlana” vokal-instrumental kompozisiyası (söz. – Y.Solmaz. C.Rumiyə həsr olunub. 2005), Azərbaycan xalq çalğı alətləri orkestri üçün “Qobustan lövhələri” (2006), Simli orkestr üçün 2 saylı Simfoniya (2007), Azərbaycan xalq çalğı alətləri orkestri üçün Konsert marşı (2007) , Qanun və simfonik orkestri üçün Konsert (2009), Kamança və piano üçün “Kapriççio” (2012), Azərbaycan xalq çalğı alətləri orkestri üçün Rəqs süitası (2012), Kamera simfoniyası (2012), Azərbaycan və Türkiyə xalq musiqisinin xor və orkestr üçün aranjimanı (2002-2005).

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası


Əsərin adı