Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Dadaşov Azər

Dadaşov Azər İsmayıl oğlu - Azərbaycan bəstəkarı.

1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini professor Q.Qarayevin sinfi üzrə bitirmişdir.

Əsərləri: Solo fleyta üçün sonata (1990); Xor və simfonik orkestr üçün 9 saylı Simfoniya (1990); Kamera orkestri üçün 2 saylı Konsertino (1991); Nəfəsli orkestr üçün "Azərbaycan marşı" (1991); Zərb alətləri üçün miniatürlər (1991); Hoboy və piano üçün 3 Romans (1991); "İçəri şəhər" – nəfəsli Kvintet (1991); Piano üçün 3 saylı Sonatina (1991); D.Mustafayevin söz. xor və simfonik orkestr üçün "Sülh nəğməsi" Kantatası (1992); Simfonik orkestr üçün 8 saylı Simfoniya /2-ci red./ (1992); Kamera orkestri üçün "Tutti" Süitası (1992); "Balaca Muqun sərgüzəştləri" uşaq operası /V.Qaufun əsəri üzrə/ (1993); a'capella xoru üçün "Şəhriyar" Odası (1993); Piano üçün 4 saylı Sonatina (1993); R.Rövşənin söz. xor və simfonik orkestri üçün "Səhərə inan" lirik poeması (1993); "Ave, Maria" – solist, xor və kamera orkestri üçün Ariya (1994); "Dostumun xatirəsinə" Requiem-poema /L.Vaynşteynə həsr edilib/ (1994); Füzulinin söz. "Aruzilər məzhəri" vokal silsiləsi (1996); Füzulinin söz. "Könül həmdəmi" Qəsidəsi (1996); Skripkaçılar ansamblı, violonçel və piano üçün Kiçik konsert (1996); Nəfəsli orkestr üçün "Mərdlik marşı" (1996); Füzulinin söz. solist və a capella xoru üçün "Heyrət" Kantata-plakatı /M.Füzulinin 500 illiyinə həsr olunub/ (1996);10 simfoniya - ("Katarsis" – simfonik orkestr və səs üçün 10 saylı Simfoniya - 1996, Simfonik orkestr üçün 11 saylı simfoniya /Şuşaya həsr olunub/ 1997); R.Bağırın söz. "Təbiəti qoruyaq!" Ekoloji himni (1998); Nəfəsli orkestr üçün "Zəfər marşı" (1998); Z.Xınalının söz. "Heydər atamız" Təntənəli mahnı (1998); Solo hoboy üçün Capriccio (1998); F.Sadığın söz. "Ana Yurd" – Kantata-apofeoz (1998); Simfonik orkestr üçün "Qələbə sevinci" Təntənəli marşı (1998); Simfonik orkestr üçün Divertisment (1998); Əjdər Olun söz. qiraətçi, xor və simfonik orkestr üçün "Bu Vətən ölə bilməz" – Kantata-and (1999); Piano üçün "Üç badam, bir qoz" Süitası (1999); Azərbaycan və Türk şairlərinin söz. "Ey haqq, yaşa!" – Kantata-epitafiya (2000); Nəfəsli orkestr üçün təntənəli musiqi – "Salam!" (2000), B.Vahabzadənin söz. solist, xor və simfonik orkestr üçün "Ulu Qorqud" Odası (2000); İki soprano və simfonik orkestr üçün "Bahar duası" Ariyası (2000); "Lətifələr" – xalq çalgı alətləri orkestri üçün 3 saylı Süita (2001); "Atmacalar" – piano üçün 6 konsert-pyes (2001); M.Cavidlinin söz. uşaq xoru üçün "Yeni Azərbaycan" Marşı (2001); B.Vahabzadə və T.Fikrətin söz. uşaq xoru üçün "Birlik andı" (2001).

Azərbaycanın əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, "Humay" milli mükafatı laureatı, bir çox respublika və ümumittifaq müşabiqələr qalibidir. Roma Papası II İoann Pavelin xüsusi medalı ilə təltif edilmişdir.