UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Dadaşova Elnarə

Dadaşova Elnarə Rəhimağa qızı - Bəstəkar, 1952-ci il iyunun 25-də anadan olub.

Azərbaycan Dövlət Konservatoriyasını bəstəkar kimi 1975-ci ildə (professor Q.Qarayevin sinfi) bitirmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1977), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2007), Dosent (2008), Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2010), Professor (2011).

Əsərləri: Fleyta və piano üçün “Muğamsayağı” (2002), “Ata” soprano və piano üçün Romans (söz. – R.Rza. 2003), Simli orkestr üçün “Xoral” (2004), Orqan üçün “Segah üstündə fantaziya” (2006), “Deyingən bədqılıq”, “Ağlağan”, “Zarafatçı” fortepiano üzrə tədrisin III sinif şagirdləri üçün 3 pyes (2008), Piano üçün 15 fuqa (2010), Azərbaycan Dövlət Pedaqoji İuniversitetinin Himni ikisəsli xor və Azərbaycan xalq çalğı alətləri ansamblı üçün (söz.- R.Rza. 2011), Milli nəfəsli alətlər və piano üçün Kvintet (2011), Piano üçün 4 fuqa (2011), Səs, 2 piano və zərb alətləri üçün Ariya (2012), “Sayalı” baleti (2012), S.Tağıyevanın, M.Babayevanın sözlərinə mahnılar (2003-2005).

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası


Əsərin adı