Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Tixon Xrennikov

T.N.Xrennikov 1913-cü il 28 may (bəzi mənbələrdə 10 iyun göstərilir.) tarixində anadan olmuşdur. İlk musiqi təhsilini A.Varquninodan alıb. 1927-1928-ci illərdə Moskvaya gələrək öz əsərlərini bəstəkar, pianoçu Aqarnova göstərir. 1929-cu ildə 9 illik təhsilini bitirərək Qnesin adına Musiqi Texnikumuna daxil olur və 1932-ci ildə oranı bitirir.

Təhsilini Moskva Konservatoriyasında davam etdirən Xrennikov 1936-cı ildə oranı bitirir. Onun əsərlərindən "V buryu" (1939), "Frol Skobeyev" (1950), "Darateya" operalarını, 1941-ci ildə yazdığı tamaşa və kino filmlərə musiqini , 3 fortepiano və orkestr üçün, 2 skripka və orkestr üçün, 2 violonçel və orkestr üçün Konsertləri, fortepiano üçün 5 pyes, A kapella üçün 3 poema, çoxlu sayda mahnılar, eləcə də digər nümunələrin adını çəkə bilərik. Bəstəkar 2007 -ci ildə vəfat edib.


Əsərin adı

    “Heç nədən səs-küy” musiqili komediya 

    Boraxionun serenadası

    İfa edir: Georgiy Dudarev

    2.2 MB

    “Heç nədən səs-küy” musiqili komediya 

    Sərxoşların mahnısı

    2.3 MB

    “Heç nədən səs-küy” musiqili komediya 

    Klaudinonun serenadası. Saksofon

    İfa edir: Margarita Şapoşnikova

    3.1 MB