Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Əlizadə Firəngiz

Əlizadə Firəngiz Əliağa qızı - Bəstəkar, musiqişünas və pianoçu 1947-ci il mayın 28-də anadan olub.

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas - 1970-ci ildə piano (professor U. Xəlilovun) və 1972-ci ildə bəstəkarlıq üzrə (professor Q.Qarayevin sinfi) bitirib.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1980), “Arnold Schoenberq” Cəmiyyətinin üzvü (ABŞ, Los-Anceles. 1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1990), Sənətşünaslıq namizədi (1994), Professor (1998), Azərbaycan Respublikasının Xalq artisti (2000), “Şöhrət” ordeni (2007), UNESCO-nun “Dünya Artisti” (2007), “Uğur” mükafatı (2009), “Zirvə” mükafatı (2011).

Əsərləri: “Mərsiyə” violonçel və simfonik orkestr üçün Konsert (2002), “Nağıllar” böyük simfonik orkestr üçün (2002), “Metamorphoses” 12 violonçel üçün (2002), “İthaf” böyük simfonik orkestr üçün (2003), “Sabah” violin, violonçel, bifa (çin aləti) və hazırlanmış royal üçün (2003), “Yanar Dağ” violin və bayan üçün (2003), “Zikr” - “Atlas” orkestri üçün (İ.Nəsiminin sözlərinə. 2004), “İmpromptus” triosu (violin, violonçel, fortepiano, 2004), “İn Search of...” - “Axtarışda” simli kvartet üçün (2005), “Vorgefühl” – “Öncə sezmə” nəfəsli alətlər kvinteti və solo violonçel üçün (2005), “Dəyişmə” kontrabas, tabla və simli kamera orkestri üçün (2005), “İmpromptu-Crossings” hazırlanmış fortepiano (solo), 5 Azərbaycan xalq çalğı alətləri və kamera orkestri üçün (2005), “Oyan!” solo violonçel üçün (2005), “Xəzər” kvintet üçün (simli kvartet və piano. 2006), “Atəş” fleyta, klarnet, violin, violonçel və zərb alətləri üçün (2006), “First words” – “İlk sözlər” soprano, klarnet, fortepiano və maqnit lent yazısı üçün (2006), “Optical İdentity” balet (2007), “Al Kamandjaty” Misteriya (2007), “İntizar” 2 pərdəli opera (2007), “Dastan” solo violin üçün (2007), “Dəniz” hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün (2008), “Mugflagamenco” xanəndə, flamenko ifaçısı və ansambl üçün (2011), “İmpulse” violin və fortepiano üçün (2012), “Landscape” – “Mənzərə” fortepiano üçün (2012).


Əsərin adı

    "Habil sayağı" 

    İfa edir: Konstantin Manayev

    4.4 MB

    "Prelüd" 

    İfa edir: Ülviyyə Hacıbəyova, piano

    1.1 MB