Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Aleksandr Qlazunov

Aleksandr Qlazunov 19–cu əsrin sonu 20-ci əsrin əvvəllərində rus klassik musiqisinin nümayəndələrindəndir. Onun yaradıcılığında 19-cu əsrin müxtəlif cərəyanları birləşmişdir. Yaradıcılığının ilkin dövründə o, "Qüdrətli Dəstə" bəstəkarlarının təsiri altında olur. Sonradan isə onun Çaykovskinin simfonik təfəkkür prinsipindən, Listin yaradıcılığından bəhrələndiyi hiss olunur.

Onun yaradıcılığında lirik, epik, dramatik obrazlar özünəməxsus şəkildə uzlaşır. Qlazunovun yaradıcılıq irsi çoxşaxəlidir: buraya operadan başqa bütün janrlar daxildir. Qlazunov 3 baletin, 7 kvartetin, 2 suitanın, müxtəlif alətlər üçün pyeslərin, fortepiano sonatalarının,variasiaların, dram tamaşalarına musiqinin müəllifidir.

A.K.Qlazunov 1865-ci ildə Peterburqda anadan olmuşdur. Musiqi təhsilini Qlazunov evdə alır. Əvvəl məşhur pianist Yelenkovskidən təhsil alan bəstəkar, sonralar Balakirev və Rimski-Korsakovdan bəstəkarlıq texnikasının sirlərini öyrənir. 1882-ci ildə Qlazunovun 1-ci simfoniyası səslənir. 1884-cü ildən xarici səfərlərə gedir. 80-ci illərin sonunda o artıq bir sıra əsərlərin müəllifi idi. Bunlardan kvartet, “Qəhramanın xatirəsinə” simfonik eleqiya əsərini, 3-cü simfoniya, “Stepka Razin”, “Dəniz” simfonik poemalarını misal göstərmək olar. 90-cı illər Qlazunovun yetkinlik çağıdır. Onun ən görkəmli əsərləri 4-8-ci simfoniyaları, 3 baleti, skripka üçün konserti, 4 və 5-ci kvarteti bu dövrdə yazılmışdır. 20-ci əsrin ilk illərində Qlazunov özünün məşhur “Orta əsrlərdə” adlı simfonik suitasını yazır.

1905-1907-ci illərdə Qlazunov inqilabçı tələbələrin tərəfini tutur və öz demokratik fikirlərinə görə Konservatoriyanın direktoru seçilir. Bu fəaliyyəti onu yaradıcılıqdan uzaqlaşdırır. Bu illərin bəhrəsi yalnız 6 kvartet, fortepiano üçün prelüd və fuqa və bir neçə kiçik əsərlər olur. 1928-ci ildə Vyana şəhərinə gedən Qlazunov burada xəstələnir və ömrünün sonunadək burada qalmalı olur. Bu illərdə violonçel üçün konsert-ballada, 7 kvartet, saksafon üçün konsert yaradır. Ömrünün sonunadək vətən həsrəti ilə yaşayan Qlazunov 1936-cı ildə Parisdə vəfat edir.


Əsərin adı

    “Raymonda” baleti 

    "İspan rəqsi"

    İfa edir: Dövlət SSRİ Simfonik Orkestri, dirijor Evgeny Svetlanov

    3.8 MB

    “Raymonda” baleti 

    "Vals"

    İfa edir: Yaşa Xeyfetz

    1.9 MB