UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Fərəcov Sərdar

Sərdar Fərəcov 1957-ci il dekabr ayının 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Kademiyasının ) prof. Xəyam Mirzəzadənin sinfində bitirmişdir. Bəstəkarın Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir.

S.Fərəcov bir bəstəkar kimi hələ tələbəlik illərindən müxtəlif konsertlərdə, festivallarda, bəstəkarların qurultayında və müsabiqələrdə səslənmiş və bir sıra diplomlarla təltif olunmuşdur. Beləki, piano üçün yazılmış «Variasiyalar»-Azərbaycan bəstəkarlarının V qurultayında, Moskvada, İrəvanda keçən ümumittifaq festivallarda, «TRİO» əsəri Bakıda keçən ümumittifaq festivalda, I Simfoniyası isə 1983-cü ildə Moskva şəhərində keçən ümumittifaq müsabiqə laureatı kimi diplomlarla mükafatlandırılmışdır. S.Fərəcov simfoniya janrı üzrə ümumittifaq laureat adına layiq görülən yeganə azərbaycan bəstəkarıdır.

 


Əsərin adı

 

87.3 KB