UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Fərəcov Sərdar

Fərəcov Sərdar Fərəculla oğlu 1982-ci ildə Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmişdir. Əmək fəaliyyətini o, 1977-ci ildə musiqi müəllimi kimi başlamışdır. 1984-cü ildən Ü.Hacıbəyovun Bakıdakı ev muzeyində çalışmış, 2005-ci ildən muzeyin direktorudur.

Bəstəkar kimi S.Fərəcov hələ tələbəlik illərindən əsərləri müxtəlif konsertlərdə, festivallarda, bəstəkarların qurultayında və müsabiqələrdə səslənmiş və bir sıra diplomlarla təltif olunmuşdur. Beləki, piano üçün yazılmış «Variasiyalar»-Azərbaycan bəstəkarlarının V qurultayında, Moskvada, İrəvanda keçən ümumittifaq festivallarda, «TRİO» əsəri Bakıda keçən ümumittifaq festivalda, I Simfoniyası isə 1983-cü ildə Moskva şəhərində keçən ümumittifaq müsabiqə laureatı kimi diplomlarla mükafatlandırılmışdır. S.Fərəcov simfoniya janrı üzrə ümumittifaq laureat adına layiq görülən yeganə azərbaycan bəstəkarıdır.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası


Əsərin adı