UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Hacıbәyli Üzeyir

Hacıbәyli Üzeyir -(tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; 18 sentyabr 1885, Ağcabədi –  23 noyabr  1948)—Azərbaycan bəstəkarı, musiqişünas-alim , publisist, dramaturq, pedaqoq və ictimai xadim , müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi. Müasir Azәrbaycan musiqişünaslığının, professional musiqisinin, milli operanın banisi. Şәrqdә ilk operanın yaradıcısı. SSRİ xalq artisti (1938), Azәrbaycan EA akad. (1945). Professor (1940). Stalin mükafatı laureatı (1941, 1946).

Azәrbaycan Bәstәkarlar İttifaqının sәdri (1938—48), ADK-nın rektoru (1928 —29; 1939—48), Azәrbaycan EA İncәsәnәt İnstitutunun direktoru (1945—48) olmuşdur.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulmuşdur. Üzeyirin atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyovgil ailədə üç qardaş, iki bacı olublar. Oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdur.Onun həyatında Abbasovlar ailəsi böyuk rol oynayırdı.

Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyin Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkməyə, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş çəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər.

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bər Əliverdibəyov olmuşdur. Qyed edək ki, Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın  ilk musiqi müəllimi olmuşdur.

Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır.Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev  ilə tanış olmuşdur. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Qedy edək ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.

Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl  qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir.

Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqii", "Həqiqət" "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. Molla Nəsrədin jurnalında Üzeyir bəy Hacıbəyov məzəli imzalardan çox istifadə etmişdir: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı" və s. Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton Ü.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tuturdu. Bədii və publisist tarazlığı saxlamaq etibarilə Ü.Hacıbəyovun felyetonları, oçerk və parodiyaları böyük dəyəri olan əsl sənət əsərləridir.

Üzeyir Hacıbəyovun zəngin yumoristik söz yaradıcılığı vaxtı ilə dövri mətbuat səhifələrində «Ordan-burdan» ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur. Ü. Hacıbəyovun «Bazar söhbəti», «Məzhəkə», «Təhsil» kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayə; «Rəfiqimdən məktub», «Üçüncü dəllək», «Məclisimizin duzu» «O, heç!», «Tərəqqi və gerilik», «Ha fikir edirəm başa düşmürəm!» kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyəri ilə felyetondur. Müəllif əsərlərində əsasən Bakı şəhər Dumasının fərsiz deputatlarını rüsvay edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını nümayişkaranə açıqlıqla onların uzlərinə vurur, fəaliyyətsiz «qlasnıları» barsız ağaclara bənzədir. Ü. Hacıbəyovun qaravəlli və satirik miniatürlərini (məsələn «Dövlət Duması», «Ata və oğul», «Moizə» və s.) böyük komedioqrafın sonrakı səhnə əsərlərinə səmərəli müqəddimə hesab etmək olar.

Publisistik fəaliyyətinə nəzər yetrsək bütün ömrü boyu Üzeyir bəy Azərbaycan Mədəniyyətinə , musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kontata, fantaziya, mahnı və romasnlar, kamera və xor əsərlərini yazmışdır. Üzeyir bəy Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Aəzrbaycanı himnlərinin müəllifi olmuşdur.

Operalar:

Üzeyir Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə  Azərbaycan dilində milli opera yaratmaq qərarına gəlir. Bu işdə qardaşları Zülfüqar Hcıbəyov və Ceyhun Hacıbəyli  seminariya dostları, dövrün, maarifçi ziyalıları, azərbaycanlı artistlər Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski,Əbrürrəhimbəy Haqverdiyev ,Hənəfi Terequlov  və başqaları ona yaxından kömək edirlər.Hacıbəyovun 1908-ci il yanarın12-də (yeni təqvimlə 25-də) Bakıda Hacı Zeynalabdin Tğıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur.

1937-ci il aprelin-da Azərbaycan Dövlət Akademik  Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və Məmməd Səid Ordubadınindir ) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır.

Bəstəkarın digər operalarından "Şeyx Sәnan" (1909), "Rüstәm vә Söhrab" (1910), "Şah Abbas vә Xurşid Banu" (1912), "Әsli vә Kәrәm" (1912), "Harun vә Leyla" (1915) kimi muğam operalarının adlarını qeyd edə bilərik.

Musiqili komediyalar:

  • 1909 – "Ər və arvad". 3 pərdədə. Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1910-cu il mayın 24-də (iyunun 6-da) Bakıda, Nikitin qardaşlarının teatr-sirkində olmuşdur.
  • 1910 – "O olmasın, bu olsun". 4 pərdədə, əvvəlcə 3 pərdədə idi (hamam səhnəsi 1915-ci ildə yazılmışdır). Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1911-ci il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında olmuşdur.
  • 1913 – "Arşın mal alan". 4 pərdədə. Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1913-cü il oktyabrın 25-də (noyabrın 7-də) Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur.

Orkestr əsərləri:

"Kolxoz çöllərində". Xalq çalğı alətləri orkestri üçün.

"Arazbarı". Simfonik orkestr üçün.

"Təntənəli marş". Azərbaycan Türk Teatrının 10 illiyinə həsr olunmuşdur. Simfonik orkestr üçün.

"Fantaziya №1". Xalq çalğı alətləri orkestri üçün.

"Fantaziya №2". Xalq çalğı alətləri orkestri üçün.

"Cəngi". Xalq çalğı alətləri orkestri üçün (1941)

Kamera-instrumental əsərləri

"Aşıqsayağı". Skripka, violonçel və fortepiano üçün.

"Uşaq albomu". Fortepiano üçün.

"Sonatina". Fortepiano üçün.

"Uşaq pyesləri". Fortepiano üçün.

Xoreoqrafik miniatürlər

Azərbaycan. "Qaytağı" (Dağıstan).

Romans-qəzəllər

Nizaminin qəzəl dühası Üzeyir Hacıbəyov üçün yeni bir ilham mənbəyi olmuşdu. Nizami qəzəllərinin dərin mənası bu qəzəllərə layiq musiqi əsərləri yaratmağı tələb edirdi. "Sənsiz", "Sevgili canan" kimi qəzəl incilərinə layiq musiqi əsərləri yaradan böyük sənətkarımız, Üzeyir Hacıbəyov olmuşdur. Nizami dühasına Üzeyir musiqisinin əlavə olunması təkrarolunmaz romansların yaradılmasına səbəb oldu.[

"Sənsiz". Səs və fortepiano üçün. Sözləri Nizami Gəncəvinindir (Azərbaycan dilinə tərcüməsi Cəfər Xəndanındır) (1941). Şikəsteyi-fars üstündə yazılmışdır. "Sənsiz" qəzəli bir tənhalığın, sənsizliyin ürək çırpıntısıdır.

"Sevgili canan". Səs və fortepiano üçün. Sözləri Nizami Gəncəvinindir(Azərbaycan dilinə tərcüməsi Mirvarid Dilbazinindir) (1943). "Bayatı Şiraz" muğamı üzərində qurulmuşdur. "Sevgili canan" qəzəli bir gözəlin tə'rifini verir.

Mahnılar

"Çırpınırdı Qara dəniz". Səs və fortepiano üçün. Sözləri Ə.Cavadındır (1918).

"Yetim quzu". Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil (1927).

"Bir quş düşdü havadan". Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil (1927).

"Qaragöz". Səs və xalq çalğı alətləri ansamblı üçün. Sözləri H. Natiqindir (1930).

"Komsomolçu qız". Səs və fortepiano üçün. Sözləri Məmmədhüseyn Təhmasibindir (1932).

  • 1933-1934

"Süvari mahnısı". Səs və fortepiano üçün. Sözləri H. Natiqindir.

"Pilotlar". Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir.

"Bayram günü". Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir.

"Çağırış". Səs və fortepiano üçün. Sözləri S. Əliyevanındır (İlk variantı "Mazut" adı ilə 30-cu illərdə yazılmışdır) (1941).

"Şəfqət bacısı". Səs və fortepiano üçün. Sözləri S.Vurğunundur. İfa edən: Ş.Ələkbərova(1941)

  • 1942

"Vətən ordusu". Səs və fortepiano üçün. Sözləri S.Vurğunundur.

"Yaxşı yol". Səs və fortepiano üçün. Sözləri S.Rüstəmindir. İfa edən: Ş.Ələkbərova

"Ananın oğluna nəsihəti". Səs və fortepiano üçün. Sözləri aşıq M. Bayramovundur.

"Döyüşçülər marşı". Səs və fortepiano üçün. Sözləri S.Vurğunundur.

 


 

9.8 KB