UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Reynqold Qliyer

Rus musiqisinin görkəmli bəstəkarı R.M.Qliyer dekabrın 30-u 1874-cü ildə Kiyev şəhərində anadan olmuşdur. 1900-cü ildə Moskva Konservatoriyasını bitirən bəstəkar, eyni zamanda 1906-1908-ci illərdə Almaniya şəhərində Oskar Friddən dirijorluq dərslərini alır.

1900-cu ilin əvvəllərindən Belyayev dərnəyinin üzvü kimi burada bir çox bəstəkarlarla A.K.Qlazunov, S.V.Raxmaninov, N.A.Rimski-Korsakovla sıx münasibətdə olan bəstəkarın yaradıcılığı formalaşmış və mükəmməlləşmişdir. 1913-1920-ci illərdən Kiyev Konservatoriyasının professoru, 1914-1920-ci illərdən isə Konservatoriyanın direktoru olmuş, eyni zamanda da bəstəkarlıq ixtisasından dərs vermişdir. Bəstəkarın yaradıcılıq laboratoriyası zəhgindir.

Bura “Şahsənəm”, “Leyli və Məcnun”, “Gulsarə”, “Torpaq və səma”, “Raşel” operaları, “Xrizis”, “Krasnıy mak”, “Komediantı”, “Mednıy vsadnik”, “Taras Bulba”, “Kleopatra” baletləri, 3 simfoniya, “İlya Muromest”, “Təntənəli uvertyura”, Poema “Sirenı”, “Pobeda” uvertyura, slavyan mövzularında uvertyura, arfa, violonçel, skripka, valtorna və orkestr üçün Konsertlər, kvartetlər, oktet, sekstetlər daxildir.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası


 

37 KB