UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Hacıbəyov İsmayıl

İsmayil Soltan Oğlu Hacibəyov  1949-cu il sentyabrın 2-də anadan olub. Bəstəkar Soltan Hacıbəyovun oğludur.

1972-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini professor Q.Qarayevin sinfi üzrə bitirmişdir.

Piano Üçün "Albomdan Səhifələr" Süitası (1991); Piano Üçün "Üç Idilliya" (1992); Fleyta Və Simli Orkestr Üçün "Konsertştük" (1993); Oktet Üçün "Divertisment" (1993); Dantenin Söz. 4 Romans (1996); "Füruzə" Operası /Libretto – Müəllifindir/ (1997); Fleyta, Klarnet və Piano Üçün "İstəklər" Triosu (1998); Nəfəsli Alətlər Üçün Kvintet (1999); A' Capella Xoru Üçün 3 Vokaliz (2000).

"Humay" Milli mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru olmuşdur.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası