Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Mixail Qlinka

Mixail İvanoviç Qlinka 1804 – cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. 1817 – ci ildə Mixail Peterburqda olan "Nəcib pansiona" daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.

1823 – cü ildə pansionu bitirdikdən sonra Qlinka müalicə üçün Qafqaza gəlir. Burada o, Qafqaz xalq mahnı və rəqslərini dinləyir və öz yaradıcılığında istifadə edir. Bəstəkarın sənətkar kimi formalaşmasında A. S. Puşkin, A. S. Qriboedov (1795 – 1829), V. A. Jukovski (1783 1852) kimi görkəmli ədəbiyyat xadimləri ilə tanışlığının böyük rolu olmuşdur.

1828 – 1834 – cü illərdə İtaliya və Almaniyada yaşamış bəstəkar bir sıra bəstəkar və müğənnilərlə tanış olaraq müasir musiqini öyrənir, vokal yaradıcılığı sahəsində təkmilləşir. İtaliyada olarkən o, fortepiano və simli alətlər üçün sekstet, "Patetik trio", "Venasiya gecəsi", "Qalib" və s. romanslarını yazmışdır. 1832 – ci ildə Qlinka milli opera yaratmaq fikrinə düşür. 1834 – ci ildə Rusiyaya qayıtdıqdan sonra Jukovski tərəfindən təklif olunmuş İvan Susanin mövzusu Qlinkanı maraqlandırır. Operanın ilk tamaşası 1836 – cı ildə (27/XI) olmuşdur.

1837 – ci ildə Qlinka saray nəzdində olan kapellada işləyir. Bu dövrdə bəstəkar yeni – "Ruslan və Lyudmila" operasını yazmaq qərarına gəlir. Arzu edirdi ki, operanın librettosunu A.S. Puşkin yazsın, lakin librettonu bəstəkar özü yazmalı oldu. Bu opera üzərində Qlinka 5 ilə yaxın çalışır. Operanın ilk tamaşası 1842-ci ildə çox böyük müvəffəqiyyətlə keçmişdir. Qlinka eyni zamanda "Vals fantaziya", N.V. Kukolnikin (1808–1868) "Knyaz Xolmski" faciəsinə musiqi, 12 romansdan ibarət "Peterburqla vida" məcmuəsini və s. əsərlər yazmışdır.

Bəstəkar 1844–cü idə Parisə, 1845–ci ildə İspaniyaya gedir. İspaniyada olarkən xalq mahnı və rəqslərini dinləmiş və nota salmışdır. Bu səfərin təsərrüfatı nəticəsində o, "Araqon xotası" uvertürasını, İspaniyadan qayıtdıqdan sonra (1848 – ci ildə) ikinci ispan uvertürasını yazır. 1848–1857–ci illəri Qlinka Peterburq, Varşava, Paris və Berlində keçirmişdir. O, 1848 – ci ildə "Kamarinskaya" simfonik poemasını yazır, "Taras Bulba" simfoniyası və "İki ərli" operası üzərində işləməyə başlayır. 1856–cı ildə Qlinka Berlinə gedir, 1857 – ci ilin yanvar ayında konsertdən qayıdarkən xəstələnir və 1857 – ci il fevralın 3 – də vəfat edir. Onun külünü Peterburqa aparırlar.


"Ya zdes İnezilya" 

İfa edir: Mark Reyzen

2.7 MB