UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Hacıbəyov Soltan

Soltan İsmayıloğlu Hacıbəyov - Bәstәkar və pedaqoq.

S.Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olmuşdur. S.Hacıbəyovun yaradıcılıq siması aydınlığı, dünyagörüşünün saflığı, şairanəliyi ilə fərqlənir. S.Hacıbəyov musiqidə peyzaj rəsmlərinin gözəl ustası kimi tanınır. Onun musiqisində parlaq milli koloritli janr obrazları üstünlük təşkil edir.S.Hacıbəyovun yaradıcılığ yolu 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. (F.Əmirov, S.Hacıyev, Niyazi, S.Rüstəmov). Öz yaradıcılığında onlar Ü.Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S. Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər.S.Hacıbəyov 1919-cu ildə Azərbaycanın ulu mədəniyyət mərkəzi sayılan Şuşada anadan olmuşdur. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S. Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü.Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almışdır.

Bəstəkarın ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" musiqili komediyasıdır. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O, İki prelüd və fortepiano üçün sonata, İ. Zamanlının sözlərinə yazılmış "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnılarını, "Quşcuğaz", "Tənha yelkən ağarır" romanslarını, simli kvartet, simfonik variasiyalar (1943), Böyük Vətən müharibəsi illərində S.Hacəbəyov "Döyüşçülər nəğməsi", 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərlərini bəstələyir. 40-cı illərdə S. Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S. Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş edir. Həmin əsərin simfonik parçası "Karvan" adlanır. 1946-cı ildə II simfoniya meydana çıxır.

 


 

11.8 KB