Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Soltan Hacıbəyov

Soltan İsmayıloğlu Hacıbəyov - Bәstәkar, pedaqoq.

S.Hacıbəyov 1919-cu ildə Azərbaycanın ulu mədəniyyət mərkəzi sayılan Şuşada anadan olmuşdur. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" musiqili komediyasıdır. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O, İki prelüd və fortepiano üçün sonata, İ. Zamanlının sözlərinə yazılmış "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnılarını, "Quşcuğaz", "Tənha yelkən ağarır" romanslarını, simli kvartet, simfonik variasiyalar (1943), Böyük Vətən müharibəsi illərində S.Hacəbəyov "Döyüşçülər nəğməsi", 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərlərini bəstələyir. 40-cı illərdə S. Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S. Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş edir. Həmin əsərin simfonik parçası "Karvan" adlanır. 1946-cı ildə II simfoniya meydana çıxır.

Bəstəkarın uşaqlar üçün yazdığı əsərləri içərisində həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri ("Yeni il", "Bahar" və s.) vardır. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: "Oynaq topum", "Lay-lay", "Bənövşə", "Bahar gəldi", "Yolka", "Pioner marşı". "İsgəndər və Çoban (opera)" uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılmışdır. Onun əsasını Nizaminin "İsgəndərnamə" əsərinin bir parçası təşkil edir. (Librettosu M. Seyidzadənindir). 1950-ci ildə S. Hacıbəyovun müasir mövzuda yazılmış "Gülşən" baleti meydana gəlir. O, 50 – 53-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləmişdir. "Sarı bülbül", "Leyla", "Qarabağ şikəstəsi" buna misaldır. 50-ci illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış üvertüradır. 1950-ci illərdə bəstəkar Bolqarıstan və Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra "Bolqar süitası" və "Çex rəqsi" əsərlərini bəstələyir.

1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün "Konsert"ini yazır. S.Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan M.İbrahimovun "Məhəbbət", "Kəndçi qızı", S.Vurğunun "İnsan", S.S.Axundovun "Eşq və İntiqam", S.Rəhmanın "Əliqulu evlənir" və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.


“Gülşən” baleti 

"Gülşənin rəqsi"

2.7 MB