Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Edvard Qriq

Edvard Qriq Norveçin Bergen şəhərində anadan olmuşdur. O vaxtlar Bergen şəhəri, xüsusilə şəhərin teatr həyatı Avropada özünəməxsus milli yaradıcılıq ənənələri ilə seçilirdi. Belə ki, burada Henrik İbsen və Byörnstern Byörnson kimi ədiblər öz ədəbi fəaliyyətlərinə başlamışdılar.

Bergendə həmçinin Edvardın istedadını ilk dəfə görən digər norveç bəstəkarı Ole Bull da həyatının böyük hissəsini bu şəhərdə yaşamışdır. Məhz bu bəstəkar Edvardın valideynlərinə gənc və istedadlı Edvardı Almaniyaya, Leypsiq konservatoriyasına göndərməyi məsləhət görür. 1858-ci ildə Qriq Leypçiqə gedir. Edvard Qriqin yaratmış olduğu ən məşhur əsərləri Henrik İbsenin "Per Günt" dramına bəstələdiyi- "İnqridin giley-güzarları", "Ərəb rəqsi", "Per Güntün vətənə qayıdışı", "Solveyqin nəğməsi" kimi ölməz əsərləridir.Bununla yanaşı fortepiano üçün 6 lirik pyes, simfonik rəqslər, Norveç rəqsləri, g-moll tonallığında simli kvartet, a-moll tonallığında fortepiano və orkestr üçün konsertin də müəllifidir.

Qriq 125 mahnı və romans nəşr etdirmişdir. Ölümündən sonra isə daha 20 pyesi işıq üzü görür. Əsərlərinini bir qayda olaraq Norveç və Danimarka şairlərinin şerləri üzərində yazmış Qriq nadir hallarda H. Heyne, A. Şamisso və L.Ulanda kimi alman şairlərinə də müraciət etmişdir. Bəstəkar Skandinaviya ədəbiyyatına, xususən də doğma Norveç ədəbiyyatına maraq göstərmişdir. Qriq 4 sentyabr 1907-ci ildə Bergendə vəfat etmiş və həyat yoldaşı Nina Hagerupla eyni məzarda dəfn edilmişdir.


“Dağ kralının mağarasında” 

"Per Gunt" Op. 23 (Q.İbsenin pyesinə musiqi)

İfa edir: Eva Knardahi

1.1 MB