UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Hacıbәyov Zülfüqar

Hacıbәyov Zülfüqar Әbdülhüseyn oğlu - Bәstәkar. Azәrbaycanın әmәkdar incəsənət xadimi, (1943).

Ü. Hacıbәylinin böyük qardaşı, Niyazinin atasıdır. Azәrbaycan musiqi mәdәniyyәtinin inkişafında xidmәtlәri böyükdür.

İlk Azәrbaycan operalarından olan "Aşıq Qәrib" (1915, tamaşası 1916) әsәrindә muğamlara әsaslanmış, xalq musiqi folkloru ilә Avropa musiqisini әlaqәlәndirmәyә çalışmışdır. Öz librettolarına bәstәlәdiyi "Әlli yaşında cavan" (1909), "Varlı" ("On bir yaşında gәlin", 1911), "Evliykәn subay" (1911) musiqili komediyaları musiqisinin sadәliyi, aydınlığı vә dramaturgiya baxımından diqqәtәlayiqdir.

Bir sıra mahnı, simf. ork., nәfәs alәtlәri vә xalq çalğı alәtlәri üçün әsәrlәr, dram tamaşalarına, "Almaz" kinofilminә (Niyazi ilә birgә) musiqi yazmışdır. "Nüşabә" vә "Üç aşiq" ("Mәlikmәmmәd") operaları yarımçıq qalmışdır.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası


Əsərin adı