Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Şarl Quno

Fransız bəstəkarı, musiqi tənqidçisi, fransız lirik operasının yaradıcısı, yazıçı-publisist Şarl Fransua Quno 1818-ci il iyunun 17-də Parisdə incəsənət xadimlərinin ailəsində anadan olmuşdur. Atası rəssam Fransua Lui, anası Viktoriya isə musiqi müəllimi idi.

Şarl Quno 1838-ci ildə Paris Konservatoriyasına daxil olur. Həmin ildə "Fernan" kantatasına görə Pim mükafatına layiq görülür. O 1843- 1848-ci illərdə kilsədə orqan ifaçısı işlədiyinə görə əsərləri də dini məzmunda olub. 1851-ci ildə ilk əsəri olan "Safo" operasının premyerası keçirilir.

1854-cü ildə isə "Zəhərlənmiş monaxinya" operası səhnəyə qoyulur. Lakin bu əsərlərin taleyi uğurlu olmur. Şarl Quno 1858-ci ildə Molyerin süjeti əsasında "Lekor ponevole" komik operasını yazır. 1859-cu ildə isə məşhur "Faust" operasının premyerası olur. Bəstəkarın digər əsərlərinə "Fileman və Bavkida", "Safs şahzadəsi", "Romeo və Culyetta" operaları, "Ölüm və həyat" oratoriyası və b. daxildir.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası


Əsərin adı