Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Cövdət Hacıyev

Hacıyev Әhmәd Cövdәt İsmayıl oğlu - Bәstәkar, pedaqoq.

Azərbaycan Dövlət Konservatoriyasında (1935-1938), Moskva Dövlət Konservatoriyasını isə 1947-ci ildə D.Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir.

Azәrbaycanın xalq artisti (1960), prof. (1963). Stalin mükafatları laureatı (1946, 1952). Milli simfonizmin yaradıcılarındandır. Bәstәkar kimi yetişmәsindә Ü. Hacıbәylinin mühüm rolu olmuşdur. Hacıyev 1926-cı ildә Hacıbәyovun tövsiyәsi ilә skripka üzrә mәşğul olmağa başlamışdır.

1936-cı ildә ilk iri әsәrini—"Simfoniya"nı dinlәdikdәn sonra Üzeyir bәy ona tәhsilini Moskvada davam etdirmәyi mәslәhәt görmüşdür.

O, 8 simfoniyanın (o cümlәdәn, Azәrbaycan xalqının böyük oğlu Heydәr Әliyevә hәsr olunmuş "Onu zaman seçib" simfoniyasının), "Sülh uğrunda" simf. poemanın (1957), "Vәtәn" operasının (Q. Qarayevlә birlikdә, 1945), xor, solist vә ork. üçün oratoriyanın (1949) vә s. әsәrlәrin müәllifidir.

40 ildən artıq bir dövrdə Azərbaycan Dövlət Konservatoriyasının professoru, rektoru (1957-1969), Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuşdur (1985-1990). Azərbaycanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.


Əsərin adı