Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Hacıyev Cövdət

Hacıyev Әhmәd Cövdәt İsmayıl oğlu - Bәstәkar, pedaqoq.

Azərbaycan Dövlət Konservatoriyasında (1935-1938), Moskva Dövlət Konservatoriyasını isə 1947-ci ildə D.Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir.

Cövdət Hacıyev 1917-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında  dərs demiş, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışmışdır.

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur.

Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Rəqqasə Əminə Dilbazinin həyat yoldaşıdır

Azәrbaycanın xalq artisti (1960), prof. (1963). Stalin mükafatları laureatı (1946, 1952). Milli simfonizmin yaradıcılarındandır. Bәstәkar kimi yetişmәsindә Ü. Hacıbәylinin mühüm rolu olmuşdur. Hacıyev 1926-cı ildә Hacıbәyovun tövsiyәsi ilә skripka üzrә mәşğul olmağa başlamışdır.

1936-cı ildә ilk iri әsәrini—"Simfoniya"nı dinlәdikdәn sonra Üzeyir bәy ona tәhsilini Moskvada davam etdirmәyi mәslәhәt görmüşdür.

Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələmişdir. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövət mükafatına layiq görülmüşdür.

Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir. Cövdət Hacıyev həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.

Cövdət Hacıyevin "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.

Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub


Əsərin adı

 

7.8 KB