UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Hacıyev Rauf

Bәstәkar Rauf Soltan oğlu Hacıyev, SSRİ-nin və Azərbaycanın Xalq artisti

Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dahi bəstəkar Üzeyir bəy yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir.

Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a. O, 15-ə qədər filmə musiqi yazmışdır. Və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Gəlin onlardan bəzilərini yada salaq: "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirilməsi ilə fərqlənir.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası