Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Feliks Mendelson

Mendelson Feliks Bartoldi - XIX əsrin I yarısının alman musiqi romantizminin görkəmli nümayəndələrindən biridir. Musiqi tarixinə bəstəkar, dirijor, pianoçu, musiqi maarifçisi kimi daxil olmuşdur. Məhz onun təşəbbüsü ilə Almaniyada Konservatoriya açılmışdır. Bu açılışın şərəfinə İ.S.Baxın vəfatının 100 illiyi ilə əlaqədar Matfeyə həsr olunmuş Pasionu ifa olunmuşdur.

Bəstəkarın yaradıcılıq irsində Simfoniyalar (5 simfoniya – Şotland a-moll, İtayan A-dur simfoniyaları), fortepiano üçün 48 Sözsüz mahnılar (8 dəftərdən ibarət 48 mahnı), Fortepiano və orkestr üçün Konsert (2 Konsert), fuqa və prelüdiya (6 fuqa və prelyudiya), skripka və orkestr üçün Konsert (məşhur e-moll Konserti),Uvertyura (6 uvertyura – “Yay gecəsində yuxu”, “Dəniz sakitliyi”, “Qibridlər”, “Gözəl Meluzina”, “Rui-Blaz”, “Ataliya”), Rondo kapriççioza, Oratoriya (2 oratoriya - “Pavel” və “İlya”) əsərləri daxildir. F.B.Mendelson romantik lirik tərzli bəstəkardır. Onun musiqisi işıqlı həyatısevər obrazlarla xarakterizə edilir. Hətta Mendelsonu XIX əsrin Mosartı adlandırırlar.