UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Hüseynov Fərhəng

Hüseynov Fərhəng Rəhim oğlu 1949-cu il iyulun 16-da anadan olub. 1975-ci ildə P.İ.Çaykovcki adına Moskva Dövlət Konservatoriyasının ifaçılıq fakultəsini (violino - professor L.Koqanın sinfi), 1976-77-ci illərdə həmin Konservatoriyanın assistentiura-stajorluğunu, 1982-ci ildə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini (professor F.Qarayevin sinfi) bitirmişdir. Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının dosenti olmuş, uzun müddət Türkiyədə çalışmışdır. Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Əsərləri: Simfonik orkestr üçün "Zaman üzrə səyahət" (1990), "Kiçik şahzadə" operası (A.Sent-Ekzüperinin əsəri əsasında. 1990), Orqan üçün "Mərasimlər" (1991), "Kodayu" operası (libretto – Eyko Aoki. 1993), Solistlər, xor və simfonik orkestr üçün "Qoy dünyada sülh olsun!" (1995), "Kiçik kantata" (1996), 4 romans (1997), Skripka və piano üçün Sonata (1997), Soprano və simli kvartet üçün "Stabat Mater" ("Ümumdünya insan hüquqları Deklarasiyası"nın 50 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin mükafatına layiq görülüb.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası