UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Adil Gәray

Adil Gәray Heybәtqulu oğlu Mәmmәdbәyli  Azərbaycan musiqi tarixinə tarzәn, pedaqoq, dirijor və bəstəkar kimi daxil olmuşdur.

Azərbaycan tarzәni, pedaqoq, dirijor, bəstəkar, Azәrbaycan SSR Əmәkdar Artisti (1959). Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919- cu ildə Bakı şəhərində anadan olmuşdur.

Bəstəkar Azәrbaycan Dövlәt Musiqi Texnikumunu 1940-cı ildə bitirmiş , Azərbaycan Dövlət Konservatoriyasının Azәrbayсan xalq musiqisi şöbәsindә (Ü. Hacıbəyovun sinfindә) təhsil almışdır (1940—1948 fasilәlәrlә). Muğam dərslərini isə Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildәn bəstəkar Üzeyir Hacıbəylinin tәşkil etdiyi Azәrbaycan Xalq Çalğı Alәtlәri Orkestrindә konsertmeyster işlәmişdir. O tar ilә fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü.Hacıbəyova itһaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1938-ci ildən Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. Eyni zamanda 1940-cı ildən Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s. əsərlərin müəllifidir. Qeyd etmək lazımdır ki,   bəstəkarın əsərləri bir çox konsert və tədris repertuarında layiqli yer tutur. "Tar üçün etüdlər" məcmuəsində yeddi muğam – "Rast", "Şur", "Seygah", "Çahargah", "Bayatı-Şiraz", "Mahur-Hindi", "Şüştər" muğamları əsasında etüdlər bəstələmişdir.

 


 

23.3 KB