Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Hüseynzadə Ədilə

Hüseynzadə Ədilə Hacıağa qızı 1916-cı il aprelin 28-də anadan olub. XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlmişdir. Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk Azərbaycanlı qadındır.Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982).

Bəstəkar Ə.Hüseynzadə Ü.Hacıbəyovun "Arşin mal alan" operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asya rolunu səsləndirmişdir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün oldüğü kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra iri həcmli əsərlər də yaratmışdır.

Ə.Hüseynzadə yaradıcılığından uzaqlaşmadan uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində qabiliyyətli uşaqlara kompozisiyanın əsaslarını tədris etmişdir.

Ədilə Hüseynzadə gözəl səsə malik bir vokal ustası kimi də sənət tariximizdə iz qoymuşdur: ümumdünya şöhrətli "Arşın mal alan" kinofilmində Asyanın vokal partiyasını məhz Ədilə xanım oxumuşdur.

Ədilə xanım uzun illər (1953-1988) Bülbül   adına orta ixtisas musiqi məktəbində "bəstəkarlıq" fənnindən dərs demiş, gənc istedadların aşkarlanması işində əlindən gələni əsirgəməmişdir. 

 

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dahi Ü.Hacıbəylinin son və sevimli tələbələrindən biri, qocaman bəstəkar, Ədilə xanıın Hüseynzadə 2005- ci ildə vəfat etmişdir.

Xanım bəstəkarın əsərlərindən : simfonik poema, simli kvartet, kantata, xor miniatürləri. Qeyd edək ki, bəstəkarın yaradıcılığında romans janrı üstünlük təşkil edir. Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, R.Rzanın sözlərinə "Duyğular" vokal silsiləsi və b.adlarını qeyd etmək olar.

 


 

4.5 KB