Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Myaskovski Nikolay

        N.Myaskovski 8 (20) aprel 1881-ci ildə Varşava quberniyasının Novoqeorqiyevski vilayətində anadan olmuşdur. 1899-cu ildə hərbi-mühasib texnikumuna daxil olur.Bəstəkar 1906-cı ildə Sankt-Peterburq Konservatoriyasına daxil olur, buranı 1911-ci ildə bitirir. Musiqi tarixinə simfoniya janrının nümayəndəsi kimi daxil olmuşdur. Belə ki, bəstəkarın yaradıcılıq irsinə 27 simfoniya, romanslar, fortepiano üçün sonatalar, “Alastor” simfonik poema, simli kvartetlər və s. əsərlər daxiıdir. Simfoniyaların janr xarakterləri müxtəlifdir, burada lirik-faciəvi 2,3,4,5-ci simfoniyalar, monumental – faciəvi 6-cı, qəhrəmani-dramatir 16-cı, nastolji 21-ci və 25-ci, qəhrəmani Böyük Vətən müharibəsinin qələbəsinə ithaf olunmuş 22-ci və 27-ci simfoniyalar təqdim olunur.

         D. B. Kabalevski bəstəkarın 14cü və 15-ci simfoniyalarında "xalq musiqisinin mahnı-rəqs elementi" nin getdikcə parlaq nikbinliyini artdığını qeyd edir. Həmçinin, Kabalevski hər iki simfoniyada xalq mahnı prinsipinin aparıcı mövqedə durduğunu söyləmişdir.

Bu dövrün digər əsərləri arasında Sovet aviasiyasına həsr olunmuş 16 nömrəli Simfoniya da yer alır. Simfoniyanın dramı 1935-ci ilin mayında baş verən "Maksim Qorki" təyyarəsinin qəzaya uğramasından ilhamlanaraq yazılmışdır.


Əsərin adı

     

    20.9 KB