Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Raxmaninov Sergey

Dahi bəstəkar, pianoçu və dirijor Sergey Vasilyeviç Raxmaninov (1873-1943) həyat və yaradıcılıq yolunu Rusiyada başlamış, ABŞ-da başa vurmuşdur. 1918-ci ildə artıq tanınmış bəstəkar, Oktyabr inqilabının ideyaları ilə razı olmadığına görə Vətənini əbədi tərk etməli olur. Lakin Raxmaninov Rusiyanın ruhunu, doğma rus musiqisinin təravətini sanki özü ilə okeanın o tayına aparır və mühacirətdə yaratdığı əsərlərinə aşılayır. Hətta, Raxmaninovu çox vaxt «gecikmiş romantik» adlandırırlar. Doğrudan da, müasir musiqinin ən radikal yeniləşmə meyllərindən tamamilə uzaq olan bəstəkar əsərlərində daha çox romantik dövrdən miras qalan ifadə vasitələrinə istinad edir. Raxmaninov musiqisinin həyəcanlı, səmimi xarakteri də onun romantik əhval-ruhiyyəsindən doğur.

Raxmaninov dünya musiqisinin ən gözəl lirik bəstəkarlarındandır. Yaratdığı işıqlı, nikbin və ya çılğın, dramatik, hətta faciəvi obrazlar insan qəlbinin ən incə tellərinə toxunur. Raxmaninov rus təbiətinin, rus tarixinin gözəl tərənnümçüsüdür. Eyni zamanda, onun əsərlərində Şərq obrazları da geniş yer tutur. Belə ki yaradıcılıq irsinə fortepiano və orkestr üçün 3 Konsert, violonçel və fortepiano üçün 2 pyes, fortepiano üçün pyes – fantaziya, Romanslar, 2 fortepiano üçün süita, “Ytes” simfonik fantaziya, Eleqik trio, Qaraçı kapriççiosu, 3 Simfoniya, “Ostrov mertvıx” simfonik poema, Etüd –şəkillər, Poema “Kolokola”, simfonik rəqslər və b. əsərlər daxildir.

 

 


 

344.2 KB